Ayasofya camisində ilk Cümə namazı – Osmanlı sultanlarından qalma ənənə: Diyanət başqanı minbərə qılıncla çıxdı (Video)

Bu gün istanbulda Ayasofya camisində 86 ildən sonra ilk Cümə namazı qılınıb.

Avropa.info xəbər verir ki, Cümə xütbəsini Diyanət İşləri başqanı Əli Ərbaş edib.

Caminin Yaşıl Sancaq minbərinə asılıb və minbərin sağ giriş tərəfinə qılınc qoyulub. Ərbaş xütbəyə əlində qılıncla çıxıb.

Qeyd edək ki, minbərə qılıncla çıxmaq dövlətin gücünün və qüdrətinin nümayişi kimi simvolizə olunur. Osmanlı dövləti zamanında sultanlar bu ənənədən geniş şəkildə istifadə ediblər.

Ərbaşın qılıncı tutmaq şəkli sosial şəbəkələrdə geniş müzakirə olunub. Sağ əl ilə tutmanın qılıncı istifadəyə, sol əlinsə dosta güvən mesaj verdiyi bildirilir. Sol əli qılıncın qınında, sağ əli qılıncın üstündə olan Ərbaşın, "Savaşa da varıq, barışa da. Hansını istəyirsiniz?" anlamını daşıdığı şərhi verilib.

819

DİGƏR XƏBƏRLƏR