Dələduz usta Əbdürrəhimov Kənan haqqına şikayətlər davam edir



Özünü usta kimi tanıdaraq vətəndaşlardan pul alan şəxs haqqında şikayətlər gəlməkdədir.

Qapı düzəltmək adı ilə vətəndaşdan beh alaraq işi təhvil verməyərək aldığı behi qaytarmayan Əbdürrəhimov Kənan haqqında şikayətlər davam edir. Bu barədə Agxeber.com saytına məlumat verən Cavid Hacıbəylinin bildiryinə görə "2021-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri yolu adlandırılan hissəsində dəmir ev qapısı hazırlanması üçün ustaya müraciət edib. Həmin usta da 150 AZN beh müqabilində 14.10.2021-ci il tarixində hazır olacağını bildirib. Bundan sonra mən Ağcabədi rayonunda yaşadığım evə qayıtdım. Atam Hacıyev İbrahim Rəhim oğlu ilə birlikdə behi köçürmək üçün Ağcabədi rayonu H.Əliyev prospektində yerləşən mağazaya gedərək ödəmə aparatından Əbdürrəhimov Kənan Nizami oğluna məxsus bank kartına 150 azn məbləğində beh köçürdük. Əbdürrəhimov Kənan Nizami oğlu Oğruz rayonu, Xaçmaz kəndində qeydiyyatdadır, Bakı şəhəri ərazisində yaşayır."

Daxili İşlər Nazirliyinə şikayət olunub

Cavid Hacıbəyli onu da bildirim ki, "Əbdürrəhimov Kənan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu kimi tanınan ərazidə usta kimi fəaliyyət göstərirdi. Ona verilən behi qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçıran bu şəxs haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə rəsmi olaraq şikayətlər olunub. Buna baxmaraq Əbdürrəhimov Kənan aldığı pulu geri qaytarmaqdan imtina edir. Artıq bu barədə məhkəmə orqanlarına ərizə ilə müraciət olunması ilə bağlı hazırlıqlar görülür."

Vətəndaşlarımız ayıq olsun

Cavid Hacıbəyli bildirir ki, "Əbdürrəhimov Kənan özünü dəmir qapı ustası kimi qələmə verərək vətəndaşlardan beh alıb nə işi təhvil verir nə də behi. Ona görə də bu şəxsə heç bir iş sifarişi verilməməlidir. Ona qapı sifarişi vermədən öncə bilmək lazımdır ki. Əbdürrəhimov Kənan dələduzluq fəaliyyəti ilə məşğuldur, sizə də maddi və mənəvi zərər vuracaq."

Respublika Prokurorluğuna müraciət olunacaq.

Cavid Hacıbəyli bildirir ki, " Əbdürrəhimov Kənanın dələduzluqla məşğul olması haqqında Azərbaycan Respublikası Prokurorluğuna da müraciət olunacaq. Yoxsa o dələduzluq əməlləri ilə digər vətəndaşlarımıza da zərər vurmaqda davam edəcək"

Agxeber.com

 
5849

DİGƏR XƏBƏRLƏR