"İnsan Hüquqları Aylığı" çərçivəsində "Mənim hüquqlarım" adlı tədbir

No description available.
Dünyada hər üç qadından biri şiddətə məruz qalır, bu rəqəm dəhşətli dərəcədə çoxdur.

Bu şiddət isə hər yerdə gerçəkləşə bilir. Ən böyük problem isə şiddətin heç bir cəza almadan normallaşdırılmasıdır.

Dünya Şiddət və Sağlamlıq məlumatına görə gücün və qüvvətin təhdid yolu ilə zərər vermək niyyəti ilə istifadə edilməsidir. Qadına yönələn şiddət isə cinsiyyət fərqinə görə ev içində və ya çölündə qadına tətbiq edilən gücdür. Qadına qarşı şiddət deyilən zaman sadəcə fiziki güc başa düşülməməlidir. Şiddətin müxtəlif növləri var və günümüzdə milyonlarla qadın bu şiddətlərə məruz qalır, təəssüf ki.

1. Fiziki şiddət
2. Söz şiddəti
3. Cinsi şiddət
4. Maddi şiddət
5. Digital şiddət -"Müasir dövrün ən çox yayılmış şiddətidir. Qadının telefonu ilə şəklinin çəkilməsinə məcbur edib sonra isə həmin şəkillə qadını təhdid etmək, sosial şəbəkələrdə qadını aşağılamaq digital şiddətə aiddir"

6. Psixoloji şiddət

Bu gün Qaradağ rayon Sahil Qəsəbəsində Qaradağ rayon Mərkəzləşdirilimiş kitabxana sistemin 2 N filialın müdirəsi Heybətova Ulduz xanım, Uşaq hüquqları və Gender bərabərliyi ilə bağlı 18 may-18 iyun "İnsan Hüquqları Aylığı" çərçivəsində "Mənim hüquqlarım" adlı tədbir keçirtdi. Tədbirdə yuxarıda qeyd etdiyim, ailədaxili zorakılıq, uşaq hüquqlarının qorunması ilə əlaqədar mövzular geniş şəkildə müzakirə olundu.

Tədbirdə Ağ Partiya Qaradağ rayon təşkilatının sədr müavini Pərviz Hüseynov, Ağ Partiya Xanımlar Təşkilatının sədri Malvina Amirova, Qaradağ rayon Sahil bələdiyyəsi Əliyeva Elmira, Sahil qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Novruzov Mehbalı, Ağsaqqalar Şurasının üzvü Əliyev Elman, Qaradağ rayon Sahil qəsəbəsi 228 saylı tam orta məktəbin müəlliməsi Zühurə Məlikova iştirak etmişdir. AĞ Partiya nümayəndələri olaraq, bizi bu tədbirə dəvət etdiyiniz üçün Ulduz xanıma dərin təşəkkürümüzü bildiririk.

No description available.
No description available.No description available.No description available.No description available.
 
6781

DİGƏR XƏBƏRLƏR