Vətəndaşın pulunu qaytarmayan şəxs onu ölümlə hədələyir


Fotodakı şəxs Kənan Əbdürrəhimovdur.

Vətəndaşdan beh müqabilində pul alan usta işi təhvil verməyib, nə də bu pulu qaytarmır, üstəlik də ölümdə hədələyir.

Bu barədə "Agxeber.com"a, Ağ Partiya başqanının müavini Cavid Hacıbəyli bildirib. Bildirildiyinə görə, "2021-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri yolu adlandırılan hissəsində dəmir ev qapısı hazırlanması üçün ustaya müraciət edib. Həmin usta da 150 AZN beh müqabilində 14.10.2021-ci il tarixində hazır olacağını bildirib. Bundan sonra mən Ağcabədi rayonunda yaşadığım evə qayıtdım. Atam Hacıyev İbrahim Rəhim oğlu ilə birlikdə behi köçürmək üçün Ağcabədi rayonu H.Əliyev prospektində yerləşən mağazaya gedərək ödəmə aparatından Əbdürrəhimov Kənan Nizami oğluna məxsus bank kartına 150 azn məbləğində beh köçürdük. Əbdürrəhimov Kənan Nizami oğlu Oğruz rayonu, Xaçmaz kəndində qeydiyyatdadır, Bakı şəhəri ərazisində yaşayır."
Həmin köçürmənin qəbzi və bank kartının fotosu budur:


Cavid Hacıbəyli bildirib ki, "Lakin Əbdürrəhimov Kənan həmin müddətdə qapının hazır olmadığını bildirdi. Mən də ona bildirdim ki, o zaman köçürdüyümüz 150 azn məbləğindəki behi geri qaytarsın. Üzərindən günlər keçsə də Ə.Kənan bu pulu qaytarmadı. Bundan sonra 26.10.2021-ci il tarixində atam Hacıyev İbrahim Rəhim oğlu bu barədə Daxili İşlər Nazirliyinə rəsmi olaraq onlayn şikayət ərizəsi yazdı. Ərizə yazdıqdan 36 gün sonra, yəni 01.12.2021-ci il tarixində DİN-dən ünvanımıza məktub göndərilərək bildirdi ki, "sizin ərizə baxılması üçün Ağcabədi rayon Polis Şöbəsinə göndərilib." Ağcabədi rayon Polis Şöbəsində bu işə baxan əməkdaşla atam Hacıyev İbrahim görüşüb. Lakin həmin müddətdən uzun zaman keçsə də bizim problemimiz öz həllini tapmadı."
26.10.2021-ci il tarixində DİN-ə göndərilən şikayətin fotosu: 
Cavid Hacıbəylininin bildirdiyinə görə, "Şikayətdən 1 il 8 ay ötsə də Əbdürrəhimov Kənan bu pulu geri qaytarmadı və bu barədə tədbir görülmədi, bizə də nəticə barədə məlumat verilmədi. 
Mən 2023-cü ilin uyun və iyul ayları ərzində Əbdürrəhimov Kənana məxsus 0505528865 nömrəsinə whatsapp mesaj tətbiqi üzərindən mesaj yazaraq pulumuzu geri qaytarmasını tələb etdikdə isə o hər dəfə müxtəlif bəhanələrlə pulu geri qaytarmır. Mən ona dəfələrlə bildirmişəm ki, əgər pulu geri qaytarmasan bu barədə sosial şəbəkələrdə haqqımı tələb edərək bu məsələni ictimailəşdirəcəm. Mən ictimailəşdirmədən öncə Ə.Kənanı xəbərdarlıq etmişəm."
Sosial şəbəkələrdəki ictimailəşdirdiyimiz məlumatın fotosunu budur:



Cavid Hacıbəyli bildirir ki, "Əbdürrəhimov Kənana məxsus facebook profilində özünün fəaliyyəti və əlaqə vasitəsini də göstərib:"



Cavid Hacıbəylinin bildirdiyinə görə, "1 il 8 ay keçməsinə baxmayaraq pulu qaytarmadığı üçün bu məsələni sosial şəbəkələrdə bir daha ictimailəşdirdim. Bundan sonra 02.07.2023-cü il tarixində Əbdürrəhimov Kənan 0505528865 nömrəsindən whatsapp mesaj tətbiqi üzərindən mənə mesaj yazaraq məni ölümlə hədələməyə başladı, təhqirlər etdi. Bildirdi ki, əgər mənim barədə yaydığın məlumatları silməsən sən bunu canınla ödəyəcəksən. Mən də ona bildirdim ki, mənim borcumu qaytardığın təqdirdi bu barədə sosial şəbəkələrdən məlumatları siləcəm. O da bundan sonra məni təhqir etməyə başladı."
Əbdürrəhimov Kənanın təhqir və şantaj fotosu budur. Bu barədə səsli mesajlar da var.



Ağ Partiya başqanının müavini Cavid Hacıbəyli bildirir ki, "Məni canımla hədələyən bu şəxs barədə hüquq mühafizə orqanlarına? Daxili İşlər Nazirliyinə müraciət edirəm. Xahiş edirəm bu barədə tədbir görülsün."

Agxeber.com
2333

DİGƏR XƏBƏRLƏR