Səs verməyə belə gəldilər - Fotolar



ses-vermeye-bele-geldiler

Türkiyədə hazırda prezident və parlament seçkiləri davam edir. İnsanlar seçki məntəqələrinə gələrək səsvermə hüquqlarından istifadə edirlər.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin müxtəlif yerlərində sağlamlıq problemləri olmalarına baxmayaraq, səs vermək üçün məntəqələrə gələnlər xüsusi diqqət çəkib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən sözügedən şəxslərin seçki prosesinə biganə qalmadıqlarını görmək mümkündür. Belə ki, Şanlıurfa şəhərində oksigen balonundan asılı yaşayan bir qadın səs vermək üçün oğlunun köməkliyi ilə məntəqəyə gəlib və seçki hüququndan istifadə edib. 

Bununla yanaşı, hərəkət etməkdə çətinlik çəkən bir neçə seçici məntəqəyə xərəkdə gətirilib. 

Bu şəxslərdən biri də Eskişehirdə yaşayan 87 yaşlı Mustafa Uzundur. O, təcili yardım avtomobili ilə seçki məntəqəsinin qurulduğu məktəbə gedib.

Zonquldakda isə 110 yaşlı Safiye Kurtoğlu səhhətinin yaxşı olmamasına baxmayaraq, ailəsinin yardımı ilə səsvermədə iştirak edib.






 
10201

DİGƏR XƏBƏRLƏR