Ağ Partiyanın adı rəsmən təsdiqləndi


Agxeber.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

 Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilmiş və qeydiyyata alınıb.

Bununla bağlı partiyaya dövlət reyestrindən çıxarışlar verilib.

Bu barədə Agxeber.com-a açıqlama verən Ağ Partiyanın başqan müavini Cavid Hacıbəyli bildirib ki, əvvəlki adı Vahid Azərbaycan Partiyası olan Ağ Partiyanın dövlət qeydiyyatı 1993-cü ildə olmuşdur, sadəcə son illərdə partiyanın qurultayı keçirilərək müyyən struktur dəyişikləri edilmişdir. Qurultayda nizamnamə və proqramda yeniliklər edilmiş, sədr, məclis üzvləri, Nəzarət Təftiş Komissiyası seçilmiş və həmçinin qurultayda partiyanın adı da dəyişdirilərək Ağ Partiyası olmuşdur. Qurultayla bağlı partiyanın yekun protokolu da Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Nəhayət Ədliyyə Nazirliyi qurultayın nəticələrini təsdiq etdi və bununla da Ağ Partiyanın adı da rəsmi olaraq Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı. Vətənimiz və millətimiz üçün xeyirli olsun. 

Ağ Partiyanın proqramı

Ağ Partiyanın loqosu
2576

DİGƏR XƏBƏRLƏR