3. Neft kəməri ətrafı ehtiraslar: Ermənilər razı deyil

3. Neft kəməri ətrafı ehtiraslar: Ermənilər razı deyil

(Yazı analiz xarakterlidir, dördüncü hissədir. Bundan öncəki 1-ci hissəni,  2-ci hissəni4-cü hissəni  keçidlərdən oxuya bilərsiniz)

Beləliklə, “THE WORLD IS NOT ENOUGH” filminin başmənfi personajı, “King İndustries” şirkətinin sahibi ser Robert Kingin qızı və varisi Elektra imiş. O sıravi birisi deyil, Birləşmiş Krallığın elitasına yolu açıq olan bir şəxsdir. Mİ-6 başkanı M. onu xilas etmək üçün uzaq Azərbaycana yola çıxır və onun üçün qurulmuş tələyə düşür.
Aydın olur ki, Elektra öz atasına, M.-ə və bütün Britaniyaya acıqlıymış. Buna səbəb, ser Robert Kingin Renard tərəfindən qaçırılmış qızı üçün tələb etdiyi vəsaiti ödəməməsidir. Yeri gəlmişkən, M. bu işdə öz mənfi rolunu inkar etmir. O Bonda deyir: “Elektra King qaçırıldıqda onun atası şəxsən bu işi həll etmək istəyirdi, lakin müvəffəq olmadı. O mənim yanıma qəldi, biz isə bildiyiniz kimi terrorçularla anlaşmırıq. Qəlbimin sızlamasına və ana hisslərimin təsirinə baxmayaraq, mən ona onların tələblərini yerinə yetirməməsini söylədim”. Elektra, bir vasitəylə onun qaçırılması ətrafında cərəyan edən hadisələrdən xəbərdar olur. O, Bonda deyir: “Atamın məni xilas etməyəcəyini anladıqdan sonra, mən başa düşdüm ki, mənə başqa bir alyans lazımdır”. Məhz o zaman, o Renardı özünə tabe edərək onu şəxsi mənafeyində istifadə etməyə başladı. Elektranın cazibədarlığının təsiri altında olan Renard ser Roberti qətlə yetirir, rus hərbi bazasından plutoniyum əldə edir və göstəriş üçün neft kəmərini partladır ki, Elektranın üzərindən şübhələri qaldırsın, həm də kəmər qısa bir zamanda təmir olunsun.

Buna baxmayaraq Elektra bu işdə M.-in rolundan xəbərdardır: “O (Robert King – T.Ş.) tez-tez sizin həyacanlarınızdan və məsləhətlərinizdən danışırdı”. M. bir şeylər hiss edir, lakin artıq gecdir. Britaniya kəşfiyyatının başqanını həbsxanaya yerləşdirirlər. O, panikaya qapanmır və özünü itirmir: “Mənim adamlarım başladıqlarını sona çatdıracaqlar”. Elektra sərt cavabında: “Sizin adamlar, sizin məni tərk etdiyiniz kimi, sizidə tərk edərək burada çürümənizə səbəb olacaqlar. Siz və atam”. Burada Renard məsələni dahada alovlandıraraq, deyir: “Sən onu mənim kimi birisinə həvalə etdin. Sən onu korladın”.
Hər şey, çox faciəvi olsa da, açıq və aydın görünürdü. Ataların və övladların qarşıdurması, stokolm sindromu və psixoanalitiklərin müəyyən edib, sonra “mualicə” etməyi xoşladıqları və qərb insanının beynini möhkəm sarmış digər “psixoloji travmalar”. Xüsusən də Elektra ismi qədim yunan faciyələrindən, kral Aqamemnonun ümüdsüz qızının həyatına bir növ işarədir.
Filimdə ata qətli və xain-ananın cəzalandırılması mövcud olmağına baxmayaraq, müəlliflər dərin psixoloji incəliklərə varmaq məqsədi qoymamışlar. Klassik “Lyuk, mən sənin atanam” “Elektra atasını sevmir” anlamına gəlmir. Bizlərə baş verənlərin başqa bir motivi göstərilir. 

Hər şey yerli camaatın xristiyan kilsəsini nmüdafiyəsi naminə ayaqlanmasından başlayır. Keşiş Elektranın kilsəyə toxunmamasını tövsiyə edərək deyir: “Axı bu bizim ümumi irsimizdir, etiqadımızdır!”. Buna cavab olaraq Elektra əliylə simvolik olaraq xaç çəkir və rusca deyir: “Məni və mənim ailəmi çox bağlayır ..... Mən izin vermərəm ki onunla ......  Hər şey yaxşı olacaq”. Xüsusən qeyd etmək istəyirəm ki: Elektra orijinal ingilis dublajında, bir o qədər anlaşılmasada rus dilində danışır vəmüəlliflər digər rus dilli epizodlarda verdikləri alt yazıları bu epizodda vermirlər. Bu kontekstdə ailənin zikir olunması olduqca maraqlıdır. Xüsusəndə Elektranın sonradan Bonda: “Yüz il bundan öncə mənim anamın ailəsi burada neft kəşf etmişdir. Sovet İttifaqının quruluşundan sonra, kommunistlər yetmiş il ərzində bizim nefti oğurlamağla məşğul idi” sözlərini nəzərə alsaq. Bu sözlər boşuna deyilməmişdir. Elektra bundan tam əmindir və Bond onu “Bunun hamısı neftə görədir?!” deyərək danladıqda, o hiddətlənərək deyir: “Bu neft mənim və ailəmindir!”. Elektra həddindən artıq keçmişinə bağlıdır və onun keçmişi hər zaman onun düşüncələrindədir: “Yeni neft kəməri bizim gələcəyimizi təmin edəcək. Lakin keçmişimizi yox etmək günahdır”. Məhz bu səbəbə görə o kilsəni “xilas” edir və ilkin plana zidd olmasına və milyonlarla dolların əlavə xərc olunmasına baxmayaraq, onu ötərək neft kəmərini digər yoldan salır.Mühəndis (azərbaycanlı simalı): “Sizin atanız bu marşrutu təsdiqləmişdir” dedikdə, Elektra: “O səhv etmişdir! Başlayın!” deyərək əmr edir. Mühəndis çox təəcüblü bir şəkildə rus muhafizəçiyə müraciyyət edir, lakin o da heç bir şey edə bilmir. Rahibin xarici görünüşünə və kilsənin içgörünüşünə görə, o Gürcü ortodoks kilsəsinə bənzəyir. Bunu bir rəmz kimi qəbul etsək və bir qədər təcrid etsək, söhbətin tam Gürcüstandan getdiyini təxmin edə bilərik. Orada xristiyan dininə ayid bir çox kilsə, monastır və digər abidələrin olduğunu bilirik. Bundan əlavə, xəritəyə nəzər yetirdikdə, orada neft kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin xüsusi bir şəkildə işarələndiyini görürük. Bu hissə cızıqlı və bir neçə yerdən qaralanmışdır. Bu da Elektranın niyyətlərini ifşa etməktədir ki, o neft kəmərini Gürcüstan ərazisini ötərək digər marşrutla uzatmaq istəyir. Gürcüstanı ötərək, amma haradan? Yalnız Ermənistan ərazisindən. Bununla belə, çox məntiqli bir sual ortaya çıxır:niyə neft kəməri qısa yolu ötərək, Ermənistan ərazisidaxilindən keçmir? Bu haqda filmdə bir kəlimə belə edilmir. Hətta Elektra neft kəmərinin planını Bonda göstərdikdə, Gürcüstan və Ermənistandan başqa, bütün ətrafda yerləşən ölkələri anır. Lakin sonuncusu xəritədə həm şriftlə, həm də rəngiylə açıq-aşkar seçilir. Müəlliflər Elektranın dilə gətirmədiyini tamaşaçıya göstərməyə çalışmışlar. Kəmərin marşrutunu dəyişərək, Elektra atasının iradəsinə qarşı gəlir. Sonradan anlaşıldığı kimi, o özünü atasıyla bərabər görmür. Bond Elektranın Azərbaycanın dağlarında yerləşən mülkünü müşahidə edərək deyir: “Burada neft kəmərinin iki hissəsi birləşir. Atanın mirası?” Bunu eşidən Elektra: “Ailənin mirası” deyərək gözlənilməz və sərt cavab verir. Bu təəccüblüdür, çünki filimdə ser Robertdən başqa bir ailə numayəndəsi iştirak etmir. Lakin Elektranın qəlbi və düşüncələri yalnız anasının qohumlarıyladır. Ser Robert haqqında o çox sərt mövqedədir: “Mənim atam dəyərsiz biri idi! Öz imperiyasını mənim anamdan oğurlamışdır. Məndə o imperiyanı haqqım olaraq geri qaytardım!” Daha mühüm bir məqam, Elektranın terror fəaliyyətinin son nöqtəsidir. O İstanbulu partlatmaq niyyətindədir. Sözün əsil mənasında, oğurlanmış plutoniyum vasitəsiylə rus su altı gəmisini termonüvə bombasına çevirmək istəyir. Bond, doktor Cons və Jukovskiy Elektranın planlarından xəbərdar olurlar: “Mövcud olan neft kəmərləri Xəzər dənizindən şimala doğru gedir. Burada neft tankerlərə yüklənərək Qara dəniz üzərindən İstanbula çatdırılır. Partlayış İstanbulu yox edəcək və Bosforu on illər müddətinə kirləndirəcək və nefti transfer etmək üçün yeganə bir yol qalacaq”. Cons Bondla razılaşır: “Bəli, cənubdan Ağ dənizə. Kingin neft kəməri ilə”, burada Bond dəqiqlik gətirərək deyir: “Elektranın neft kəməri ilə”. Sonra, yekunlaşdırıcı akkord olaraq Elektranın manifesti səsləndirilir və əli-qolu bağlı Bond bunu sonuna qədər dinləməyə məcbur qalır: “Mən millətim naminə yeni bir xəritə cizəcəm və onu bitirdikdən sonra bütün dünya mənim adımı duyacaq! Mənim və babamın adını!”

Bu bəyanatla o öz niyyətini tamamilə ifşa etmiş olur: birincisi, neft kəmərini Gürcüstanı ötərək uzadılması; ikincisi, Bakı neftini özünə “qaytarmaq”; üçüncüsü, dünya xəritəsini dəyişmək; dördüncüsü, getdiyi yolda ən böyük əngəli, yəni İstanbulu yox etmək. Bu da öz “millətinin” naminə”. Bütün bunları nəzərə alaraq, biz belə nəticəyəy gəlirik ki, marşrutun dəyişməsindən qazanan yalnız Ermənistan olacaq; 1917-ci ilin inqilabından əvvəl Bakı neft mədənlərinin böyük hissəsi erməni sənayəçilərinə məxsus idi; “Böyük Ermənistanın” əmələ qəlməsi, dövlət sərhədlərinin dəyişilməsini nəzərdə tutur və bir çox ermənilər ifratçı milləyyətçi olduqları halda Türkiyəni sevmirlər. Elektra King – ermənidir (ən azı anası tərəfdən) və müəyyən bir erməni klanını təmsil etməkdədir. Onların məqsədi neft kəmərini Ermənistan ərazisindən keçirməkdir və sonunda onu Xəzər neftinin transfer edilməsi üçün yeganə kəmər halına gətirilməsidir, bununlada tam kontrol altında saxlamaqdır. Bu Ermənistanın dünya miqyasında rolunu və yerini dəyişəcəkdir, həmçinin ərazi halındada. Azərbaycanı özündən asılı hala gətirəcəkdir və radikalların “erməni genosidinin” qisasını almaq üçün İstanbulu partladaraq oranın əhalisinin əsil genosidini həyata keçırmələrinə yol açacaqdır. Həmçinin, Elektra və Renardın tətbiq etdikləri metodlarda anlaşılır. Erməni milliyyətçilərinin terrora bağlılığı heç kəsə gizli deyildir. Hətta 1982 ildə ABŞ Dövlət departamentinin aylıq bülletenində “erməni terroru” ifadəsi işlənilmişdir. 1975-1983 illəri arasında müxtəlif erməni terror təşkilatları (Asala, ARA, CSAQ və s.) 136 terror aktı törətmişdirlər. Dünyanın hər yerindən partlayışlar və atəş səsləri gəlirdi. Müxtəlif ölkələrdə 50 yaxın Türkiyə səfirləri və konsulları qətlə yetirilmişdi, bu da digər diplomatik sahəsinin işçilərini çıxmaq şərtiylə. Livan, ABŞ, Kanada, Yunanıstan, İsveç, İspaniya, Avstriya, İtaliya, İran, Macarıstan kimi ölkələr hədəf alınmışdır. Fransada 40-dan çox terror aktı törədilmişdir. Londonda ən azı 4 terror akt baş vermişdir. İngiltərə havayolları şirkətləri digər ölkələrdə bir neçə dəfə hədəf alınmışdır. Bu da uzun və qanlı yolun az bir hissəsidir. 1983-ildən sonra erməni terrorçularının fəaliyyəti enməyə başladı. Dünyada onların əməllərinə qarşı hiddət artmaqa başlamışdı və dövlətlər artıq baş verənləri gözardı edə bilmirdilər. Avropa və ABŞ-da mövcud olan erməni diasporaları artıq seçim qarşısında qoyuldu: Ya firavan həyatlarını davam edəcəklər, ya da müəyyən xidmətlərdən sərt müqavimət görəcəklər. Diaspora liderləri inteqrasiyanı tərcih edərək, öz “ifratçı” qardaşlarına dəstək olmaqdan imtina etdilər. Lakin 80-ci illərin sonlarında Azərbaycan və Ermənistan arasında yaranan qarşıdurma, erməni terrorunu yeni səviyyəyə yüksəltdi və yenidən dünya ermənilik bosslarını, əvvəlki razılıqlara riayət edən “mülayimlərə” və  “Böyük Ermənistan” iddiasında olan “ekstremistlərə” ayırdı. Bu hətta digər dövlətlərdə yaşayan ermənilərin zərərinə olaraq baş verdi. Bu səbəbdən, BP şirkətinin BTC-də yer alacağına qərar verildikdən sonra, İngiltərə məxfi xidmətləri ermənilərin törədə biləcək terror aktlarına qarşı çox ciddi yanaşdılar, çünki onlara bu təşkilatların nəyə qadir olacağı bəlli idi. Müəyyən tədbirlər alındı və sonrada bu məsələdə heç kimdə şəkki-şübhə qalmaması üçün “THE WORLD IS NOT ENOUGH” filmi çəkildi. Bu filmdə erməni radikallarına mesaj verilir ki, Britaniya öz maraqlarını qorumaq üçün gərək olan addımları atmaqdan çəkinməyəcəkdir. Bütün “ana hisslərinə” baxmayaraq, (tətiyi çəkmək üçün) onun əli titrəməyəcək.

BRİTANİYANIN ƏBƏDİ MÜTTƏFİQİ YOXDUR, SADƏCƏ ƏBƏDİ MARAQLARI VARDIR.


Müəllif: Timur Şanqareyev

Tərcümə etdi: Fərid Vəlibəyov


Mənbə

Agxeber.com

 
3013

DİGƏR XƏBƏRLƏR