İstanbula uçan təyyarədə körpə doğuldu - Foto

istanbula-ucan-teyyarede-korpe-doguldu

Özbəkistan Hava Yollarının Daşkənd-İstanbul səfərini həyata keçirən təyyarəsində körpə dünyaya gəlib.

Agxeber” “Ensonhaber”ə istinadən xəbər verir ki, təyyarə Türkiyə hava məkanına daxil olduqdan sonra Abdumanapova Sitora adlı 27 yaşlı Qırğızıstan vətəndaşının doğuş sancıları artıb.

Daha sonra təyyarənin kapitanı göyərtədə həkim olub-olmaması ilə bağlı elan verib. Qadın təyyarədə uyğun əraziyə aparılıb və doğuşa hazırlıq başlayıb. Heyətin köməkliyi ilə 28 həftəlik oğlan uşağı dünyaya gəlib.

Bundan sonra təyyarənin kapitan pilotu İstanbul Hava Limanı Hava Hərəkəti İdarəetmə Qülləsi ilə əlaqə saxlayıb və təyyarədə doğuşun baş tutduğunu, həkim qruplarının hazır vəziyyətdə saxlanmasını istəyib.

İstanbul aeroportuna enişdən sonra körpə və ana təcili yardımla xəstəxanaya aparılıb. Məlumata görə, vəziyyətləri yaxşıdır.

2796

DİGƏR XƏBƏRLƏR