“Nicat Lənkəranski” həbs olundu

“Nicat Lənkəranski” həbs olundu

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərov saxlanılıb.

Agxeber” Unikal.az-a istinadən xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Onu da qeyd edək ki, “Nicat Lənkəranski” Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, martın 10-da Bakının Nəsimi rayonu ərazisində Nicat Əkbərova qarşı silahlı hücum olunmuşdu. Hadisəyə görə şübhəli şəxs qismində Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev saxlanılıb. İnsident nəticəsində məsələyə aidiyyəti olmayan iki nəfər yaralanmışdı.

3655

DİGƏR XƏBƏRLƏR