4. Neft kəməri ətrafı ehtiraslar. Bakı neftinə iddialı olanlar kimlər idi?

4. Neft kəməri ətrafı ehtiraslar.

Bakı neftinə iddialı olanlar kimlər idi?


(Yazı analiz xarakterlidir, dördüncü hissədir. Bundan öncəki 1-ci hissəni,  2-ci hissəni,  3-cü hissəni  keçidlərdən oxuya bilərsiniz)

Beləliklə, Bakı-Tiflis-Ceyhan kəmərinin inşaatı zamanı, ingilislər bəzi erməni xadimlərindən ehtiyyat edirdilər. Çünki onlar gələcək kəmər ətrafındakı kriminogen mühitə çox təsir edə bilərdilər. Tamaşaçılar üçün filmə atılan məlumatların sayını nəzərə alsaq, burada qəsd olunan müəyyən şəxslər idi. Birinci növbədə bu Elektra Kingin ana tərəfindən olan ailəsi idi. Elektranın real prototipini müəyyən etmək o qədər asan deyil, əlaxüsus bu analizin məqsədidə bu deyil. Lakin hansı ailənin qəsd olunduğunu müəyyən edə bilərik və bu da vacibdi.

oilfield-baku800x533

Bakı neftinə iddialı olanlara baxdıqda, ən real namizədlər XIX əsrin sonu və XX əsrin əvvəllərində mövcud olan erməni neft sənayəçiləridir. Bu məsələni araşdırdıqda bir neçə soyad ortaya çıxır: Lianesyan (Lianozovlar), Qukasyans (Qukasovlar) və Mantaşyans (Mantaşevlər).
Bunlardan hansı birilərinin filmdə verilən kriteriyalara uyğun gəldiklərini müəyyən etmək qalır. Yəni, sovet kommunistlərinə nifrət, yaşanmış zəlillik, aktivlərin digərlərinin əllərinə keçməsi, məhrum olması və sonrakı unudulma. Həmçinin bütün baş verənlərdən (özlərini deyil) ətrafı günahlandırmaq və açıqcasına terrora meyilli olmaq. Gəlin ardıcıllıqla araştıraq.

Lianesyan (Lianozovlar). Çar Rusiyasında çox nüfüslu bir soyisimdir. Georgiy (Gevork) Martınoviç Lianozov mülki müşavir rütbəsinə qədər yüksəlmişdir. Bu yüksək səviyyəli mülki rütbə, ordu general-mayoru, donanmada kontr-admiral və saray kamergeri kimi rütbələrə uyğun gəlirdi. O “zatı-aliləri” titulu ilə çağırılır və irsi zadəganlıq haqqına malik idi.

Lianozovların tarixi çox maraqlıdır və hətta Rusiyanın xəritəsində belə yer almaqdadır. 1888-ci ildə Georgiy Martınoviç Moskvanın kənarında Altufyevo kəndini alır və orada öz naminə Lianozovo bağ qəsəbəsini inşa edir. Bununla kifayətlənməyərək, o 1900-cu ildə Xəzər dənizinin sahillərini icarəyə alır (Türkmənçay sülh müqaviləsinə görə xəzər dənizi Rusiyaya məxsus idi) və bir müddət sonra nəhəng balıq sənayəçisinə çevrilir. Sonra, 1896-ci ildə Lianozov “Rus neft cəmiyyətinin” təməlini atır və özü də onun başqanı olur. 1903-cü ildə artıq cəmiyyətin sərmayəsi 3,5 milyon altın rubl təşkil edirdi.

Gevorkun üç oğlu vardı: Martın, Stepan və Levon. Onların ən məşhuru, “Rus Rokfelleri” ləqəbini daşıyan Stepan oldu. 1912-1923-cü illərdə o İngiltərədə, Fransada və Almaniyada bir sıra şirkətlər qurdu. Onların hamısı rus (yəni Bakı) neftini və neft məhsullarını satmaqla məşğul idi. Bununla bərabər balıqçılıq işinidə qardaşlar tərk etmədi və dünya miqyasında qara kürü satışlarına dəvam edirdilər.

lianozov800x533      

1918-ci ildə Lianesyanlar Sovet Rusiyasından Fransaya emiqrasiya etdilər. Bolşeviklərə qarşı açıqcasına fəaliyyət göstərən Stepan, hətta Yudeniç hakimiyyətinin üzvü olmuşdur, lakin onun məğlubiyyətindən sonra “Ticari-maliyyə və sənayə komitəsinin” (Torqprom) qurucularında biri olmuşdur. Bu komitənin məqsədi “iqtisadi cəbhədə bolşeviklərə qarşı hər növ mübarizə aparmaq idi”.
Burada artıq maraqlı səhifələr başlayır. Emiqrasiya etmələrinə baxmayaraq, Lianozovlar-Lianesyanlar bolşeviklərlə çox gözəl, hətta qarşılıqlı mənfəətli əlaqələr saxlayırdılar. Qardaşların böyüyü olan Martın 1923-cü ildə Rusiyaya dönərək, könüllü şəkildə İranın cənubi Xəzəryanı balıqçılıq vətəqələrini Sovet Respublikasına təhvil verdi. Sonra Moskvada məskunlaşdı, dövlətdən şəhər mərkəzində qəşəng bir mənzil aldı və “Qlavrıba”-da (Balıq nazirliyi) öz yerini tutdu və aylıq 400 rubl məbləğində “ömürlük subsidiya alırdı”.
Stepan da kənarda qalmadı. “Antisovet” Torqprom cəmiyyəti vasitəsiylə “rus Rokfelleri” Xəzər kürüsünü, əntiqə əşyalarını və incəsənət əsərlərini satmaqla məşğul idi. Bu mallar qaçaqmalçılıq vasitəsiylə Ənzəli limanı, Bakı, Gürcüstan və Batumidən Qara dənizə, sonra isə Ağ dənizə, o zamanlar Gürcüstanın fövqaladə komitəsinin baş katibi Lavrentiy Beriya tərəfindən transfer edilirdi.

stalin-beria800x533  

Beləliklə, Lianozov mal əldə edirdi, bolşeviklər isə valyuta və hər kəs də razı qalırdı. Göründüyü kimi, işlər çox gözəl irəliyirdi və sovet hökuməti borclu qalmadı. İnqilabdan sonra belə həm qəsəbə, həm də dəmir yol vağzalının adlarını dəyişmədilər. Bundan savayı, bu ad elektromexanik zavoda, kolbasa və süd məhsulları fabriklərinə, mədəniyyət və istirahət parkına və hətta mikrorayona belə verildi. Düşmənlərlə belə rəftar edilmir və Elektranın “70 il bizdən neft oğurladılar” deyərək kommunistlərə qarşı olan hiddəti, onun Lianesyanlardan olduğunu göstərmir.
Maraqlısı odur ki, filmdə Lianozovlara daha yaxın, keçmiş KQB agenti olan Valentin Jukovskidir. Məhz o sənayə miqyaslarında qara kürüylə məşğul idi. Dünyaya qara kürünü “rus delikatesi” adı altında məşhur edənlər Lianozovlar olmuşdur. Beləliklə də, “Jukovskiy kürüsü” brendini “G.M.Lianozovun kürü evləri və Ko” brendiylə müqayisə etmək olar.

zhukovski800x533

Başqa bir maraq hissi doğuran tərəf də odur ki, ser Robert King öz pencəyinin yaxasında xüsusi bir nişan daşıyırdı. Elektra “Bu çox dəyərli əşyadır. Yaxşı ki, onunla bərabər partlamadı” deyərək bunu qeyd edir. O nişan üzərində mason üçbucaqları açıq aşkar görünməktədir və Stepan Lianozovun o tərəfə olan meyilləri heç də sirr deyildir. Fransanın Böyük lojası olan “Astreya” lojasına o 1922-ci ildə qəbul edilmişdir və həyatının sonunda ən yüksək otuz üçüncü təbəqəyə qədər yüksəlmişdir.
 
mason-pin800x533

Bir məqamı da qeyd etmək lazımdır ki, Lianozovların hər hansı bir terror təşkilatlarına simpatiya bəslədikləri müşahidə olunmamışdır. Onlar həm Çar Rusiyası, həm də Sovet Rusiyası dövründə (bəlli çərçivədə) qanuna itaət edən ailə olmağa çalışmışlar. Stalinin həyat yoldaşının atasının S.Y.Alliluyevin xatırlamalarına istinadən, inqilabçıların maliyyələşdirilməsi “neft krallarının tükənməyən kassalarından” təmin edilirdi: Qukasov, Mantaşev, Zubalov, Kokorev, Rotşild, Nobel və digərlərin. Bu siyahıda Lianozovlar yoxdur, lakin Gukasov və Mantaşevlərə diqqət yetirməyə dəyər.

stalin-allilueva800x533  

Pavel (Poqos) və Abram Qukasovların (Qukasyans) həyatı çox maraqlıdır və o zamanlar erməni “dahi iş adamlarının” necə yüksəlmələrinin bir misalı kimi onların həyatlarını incələməyə dəyər. Hər şey 1878-ci ildə başlayır. Qarabağdan Bakıya gələn orta məktəb məzunu Poqos Qukasyans “Kaspiskoye tovarişestvo” adlı neft sənayə şirkətinin rəhbəri təyin edilir. Şirkət sahibləri üç ortaq idi: Bruno de Bur, Samvel Bagiryan və Arutyun Madatyan.

Qukasyans dərhal Bagiryan və Madatyanın paylarını (27 min rubla) alır və Bruno de Burun tək ortağı olur. Onun o zaman 20 yaşı tamam olmasını nəzərə alsaq, çox təsir bağışlayan bir başlanğıc idi. Bu da təbii ki “fitri fərasət” sayəsində mümkün olmuşdur. Qarabağdan gəlmə bir gəncin 27 min rublun (o zamanlar inəyin qiyməti 15-20 rubl olduğunda) və yüksək gəlirli bir işdə pay almaq üçün “inandırma qabiliyyətinin” olması, sadəcə bir sirr kimi qalmaqdadır.
Doqquz ildən sonra şirkət, 2 milyon rubl sərmayə ilə səhmdar cəmiyyətə çevrilir. Bu zaman ərzində, qabiliyyətdə Poqosdan heç də dala qalmayan qardaşlar Arşak, Akop və Abram, Bakıya gəlirlər. 1888-ci ildə, Bruno de Burun vaxtı vaxtında baş verən ölümü nəticəsində, “Kaspiskoye tovarişestvo” artıq ailə qurumuna çevrilir. 1890-ci ildə Qukasov “Bakı neft sənayəçiləri şurasının” katibi seçilir. Maraqlısı odur ki, “Moskva praktik ticarət akademiyasını” o yalnız 1893-cü ildə bitirmişdir. Bu cür “istedadlı” bir şəxs imiş.

gukasov800x533          

Məhz Qukasovların (əvvəl Poqos, sonra isə Arşakın) idarəsi altında “Bakı neft sənayəçilər şurası” erməni terrorunun ən başda olan sponsorlarına çevrilir. Şuranın bir çox üzvləri ya daşnaklara vəsayit ayırırdı, ya onlarla qohumluq və ya dostluq əlaqələri vardı, ya da özlərinin inqilabi keçmişləri var idi. Beləliklə, Qukasyanların terorla əlaqələri yüksək səviyyədə idi.

Qardaşlar kommunistlərə qarşı da simpatiya hiss etmirdilər və 1917-ci ilin inqilabından sonra emiqrasiya etdilər. Köçdükləri məkan, Lianesyanların köçdüyü “bərəkətli torpaq” Fransa idi və qalan həyatlarını firavan şəkildə yaşadılar. Fransız vətandaşlıqı aldılar, inşaatçılıq və nəşriyyat işləriylə məşğul oldular, məşhur “Dirçəliş” (Vozrojdeniye) jurnalını nəşr edərək ictimayi həyat sürdülər.
Beləliklə, onların biyoqrafiyasında Elektranın qisas almaq istədiyi fəqirlik, unudulmuşluq, zəlillik mövcud deyil. O Bonda “Mən yeni bir xəritə çizəcəm və onu bitirdikdə hər kəs mənim və babamın adını duyacaq” əbəs yerə deməmişdi. Lakin Qukasovların adı Elektranın dolaşdığı aləmə bəlli idi. Beləliklə, Poqos və Abramı, neft sanəyəcisinin coşqun nəvəsinin əcdadları siyahısından ixrac edə bilərik.

renard900x533     

Qalır Mantaşevlər. Aleksandr İvanoviç Mantaşev (Mantaşyans) 1849-cu ildə Tiflisdə anadan olur. 1869-cu ildə Mantaşevlər Mançester şəhərinə köçür və orada üç il yaşayırlar və sonra Tiflisə geri dönərək, dərhal müvəffəqiyyətli iş adamlarına çevrilirlər. Artıq 1887-ci ildə 38 yaşlı Aleksandr Tiflisin Mərkəzi ticarət bankının aksiyalarının böyük bir hissəsini alaraq həmin bankın baş səhmdarına çevrilir və sonrada onun inzibati şurasının katibi olur. 1890-ci ildə o Bakıya köçür və ABŞ neft qiymətini endirdikdə, bir çox müstəqil şirkətləri alır və 1894-cü ildə artıq Rus İmperyasının ən mühüm neft sənayəçilərindən olur.
Lakin bununla belə, Mantaşev doğma Tiflisi və ümümən Gürcüstanı çox sevirdi. Msxeta şəhərindəki Svetisxoveli kilisəsinin restvrasiya olunmasına ilk vəsait ayıranlardan oldu. Belkə Elektranın ailəsinin gürcü kilisəsiylə olan bağlantısı bu imiş? Hətta Mantaşev özü Tiflisdə dəfn edilmişdir.

svetizkhoveli800x533     

Aleksandr Mantaşyansın ölümündən sonra onun var-dövləti şübhəli reputasiyalı oğlu Levona (Leona) qaldı. O rus elitasının yeksək təbəqələrində dolaşsa da ona qarşı olan münasibət müvafiq idi. A.N. Tolstoy “Emiqrantlar” adlı romanında, Leon Mantaşevi belə qələmə verir: “Moskvada (on ikinci ildə) birjada baş verən gözlənilməz artış ona 8 milyon gəlir bəxş etdi. Xəsis Ryabuşinskilərin, mesenat Nosovların, Losevlərin, Vısotskilərin, Girşmanların çaşqınlığını görərək, o dərin məmnuniyyət hissi keçirdi. Səkkiz milyon – avara, israfçı, erməni kababçısına!”
Eyni zamanda, “Daşnaksütun” erməni terror təşkilatının ən önəmli sponsorlarından biri məhz Mantaşev idi. O daşnaklara milyonlarla rubl vəsayit ödəyirdi.

mantashev800x533   

İnqilabdan sonra Levon Fransaya qaçır və özü də gözləməyərək orada adı bir insan halına gəlir. Son vəsaitini xərcləyərək, o artıq ona məxsus olmayan Bakı neft mədənlərini dəyər-dəyməzə satır və taksi sürücüsü işləyərək həyatını səfaləttə bitirir. A.N. Tolstoy yazır: “Neft maqnatı, hardasa iştirakı olmadan əlinə gələn milyonların israfçısı, qeyri-adi fantaziyalar sahibi, atbaz, uca boylu gözəl oğlan Leon Mantaşev çox zəlil bir halda idi”.

O, yeni reallığa uyğunlaşa bilmədi və özündən başqa hər kəsi günahlandırırdı: “Mən xəstəyəm, əldən düşmüşəm. Əsəblər, qeyri-müntəzəmlik – Nalımova deyərək, dirsəyi üstünə qalxmaqa çalışdı. Yaxın oturun. Şərab istəyirsiz? Onlar mənə, lənət şeytana, hələ də verirlər, lakin qulluqçunun elə bir sifəti var ki, adam şillə vurmaq istəyir. Vasiliy Alekseyeviç evə nə vaxt? Mən artıq dözə bilmirəm.... Təsəvvür edin ki mən, mən, mən – pulsuz. Gülməyim gəlir. Hətta atlara qarşı marağım itib, hələ qadınlardan danışmıram....”.

Bu Levon Mantaşyans idi. Terrorçular sponsoru, mal dövlətini israf etmiş, lakin özünün böyük keçmişinin olduğuna inanan və bütün dünyadan küsmüş birisi. O sovetlərə nifrət edirdi, “ona məxsus” olan Bakı neftini ondan mənimsədiklərini hesab edirdi və buna görə çox iztirablar çəkirdi. Məhz Levon Mantaşyans Elektranın ana tərəfdən babasının prototipi kimi qələmə verildi.

“Avara, israfçı və erməni kababçısı” ©.    

Müəllif: Timur Şanqareyev

Tərcümə etdi: Fərid Vəlibəyov


Mənbə

Agxeber.com
 
1355

DİGƏR XƏBƏRLƏR