Türk kəşfiyyatının Somalidə əsirlikdən azad etdiyi italyan qız İslam dinini qəbul etdiyini açıqladı : "Quran oxuduqdan sonra..."

2018-ci ildə Keniyada qaçırıldıqdan sonra Somaliyə aparılan İtaliya vətəndaşı Silvia Romano, 3 gün öncə Türkiy Milli Kəşfiyyat Təşkilatının (MİT) uğurlu əməliyyatı ilə xilas olunub.

Avropa.info xəbər verir ki, əsirlikdən azad edilən Silvia Romano, Türkiyə kəşfiyyatı tərəfindən İtaliya hökumətinə təhvil verilib.

İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verən Silvia Romano, əsirlikdə ikən İslamı qəbul etdiyini açıqlayıb.

18 aylıq əsirlikdən sonra MİT tərəfindən xilas olunan 25 yaşlı Romano müsahibəsində, "Heç kim məni müsəlman olmağa məcbur etmədi. Məni nə evlənməyə, nə də münasibət qurmağa məcbur etdilər. Mən tamamilə öz iradəmlə müsəlman oldum” deyib.

Silvia Romano İslamı qəbul etməsinin əsirlikdə olduğu müddətdə baş verdiyini deyib:

"Mənim olduğum yerdə Quran var idi. Oxuya biləcəyimi dedilər. Oxuduqdan sonra dinclik hiss etdim. Heç kim məni müsəlman olmağa məcbur etmədi. Ayrıca, evlənməyə məcbur olduğum barədə iddialar tamamilə yalandır. Nə məcburiyyətə, nə də fiziki zorakılığa məruz qalmamışam. Məni əsir saxlayanlarla ünsiyyət qurmağım da bir az ərəb dilini öyrənməyə kömək etdi.”

2018-ci ilin noyabr ayında Keniyanın Çakama bölgəsində Afrika Milelel Onlus xeyriyyə təşkilatında könüllü olaraq işləyərkən qaçırılan 25 yaşlı Silvia Constanzo Romano Somaliyə aparılıb.İtalyan höküməti Romanonun qurtarılması üçün Türkiyə Milli Kəşfiyyat Təşkilatından yardım istəyib. Romanonun sağ olduğunu təyin edən MİT, bölgədəki texniki imkanları səfərbər edərək Silvia Romanonu xilas edib.

Avropa.info

532

DİGƏR XƏBƏRLƏR