Azərbaycan və Türkiyə ordusu yenidən hərbi təlimlərə başlayır



Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.Məlumata əsasən ,təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi və vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər. Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq. Məlumata əsasən, təlimlər aprelin 8-dək davam edəcək.
 
9639

DİGƏR XƏBƏRLƏR