Türkiyəli ekspert: "Hər bir Azərbaycan gənci şəhid Polad Həşimov ruhlu vətənsevər generaldır"

Dövlətimiz kimi xalqımız da, hər bir vətəndaşımız da malı və canı ilə sizin yanınızdadır"
Tarix hər bir xalqa sıx yaşadığı coğrafiyada bir missiya bəxş edir. Bütün millətlər öz tarixlərini və talelərini milli dəyərləri ilə həll edərkən, ermənilər də imperialist güclərin əlində alət olmaq öhdəliyini yerinə yetirdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı və tərcüməçi Mətin Yıldırım deyib. Osmanlı ərazisində rahat və firavan həyat sürən, imperialist dövlətlərlə əlaqəyə girərək xəyanət yolunu tutan ermənilərin türklərə qarşı düşmənçiliyinin əsasında məhz bu faktın dayandığını diqqətə çatdıran M.Yıldırım deyib:

“Çar Rusiyasının məqsədyönlü strategiyası əsasında Azərbaycanın qədim diyarı olan indiki Ermənistan ərazisinə köçürülən ermənilər yerli türklərə qarşı insanlığa sığmayan bütün cinayətləri etdilər. Cəzasızlıq onları soyqırımı, deportasiya və işğal niyyətlərində getdikcə həvəsləndirdi. Həyasızcasına Türkiyənin yeddi vilayətinə iddia etmək və Ağrı dağının görüntüsünü öz dövlətlərinin simvoluna çevirmək ötən dövrdəki cəzasızlığın yaratdığı sindromdur”.

Aclıq və səfalət böhranı yaşayan, ayrı-ayrı dövlətlərdən və fondlardan pul dilənməklə əhalinin başını qatan Ermənistan hakimiyyətinin ölkədəki acınacaqlı durumu aradan qaldırmaq yolunu Azərbaycanla yeni bir münaqişə mənbəyi yaratmaqda gördüyünü vurğulayan ekspert “İşğal altındakı Azərbaycan torpaqları dərhal azad olunmalıdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan daha sovetlərin tərkibində deyil. Bundan sonra Azərbaycanın əl-qolunu bağlayıb, Ermənistanı silahlandıracaq və bununla da işğal şəraiti yaradacaq qüvvə yoxdur. Son hadisələr, xalqın birliyi, Prezident İlham Əliyevə göstərilən inam və etibar, dövlətə və orduya verilən dəstək bir daha göstərdi ki, hər bir Azərbaycan gənci şəhid Polad Həşimov ruhlu vətənsevər generaldır. Türkiyə dövləti kimi xalqımız və hər bir vətəndaşımız malı və canı ilə Azərbaycanın yanındadır. Məlum işğal faktının dərhal aradan qaldırılmasını, Ermənistanın hərbi təxribatlarına son qoyulmasını tələb edirik”.
394

DİGƏR XƏBƏRLƏR