AĞ Partiya həlak olan hərbiçimizin yaxınlarına başsağlığı verdi


Bu gün AĞ Partiya İdarə Heyətinin üzvü, partiya başqanın  müavini Cavanşir Abbasovun  dayısı oğlu,  Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Hüseynov Şahin Şəmisəddin oğlu qeyri-döyüş şəraitində həlak olub.
Başda AĞ Partiya sədri Tural Abbaslı olmaqla  partiyanın İdarə Heyəti hərbiçimizin ailəsinə başsağlığı verib.
Qeyd edək ki, ordumuzun giziri Şahin Hüseynov Gədəbəy rayonunun Qızılqaya kəndində anadan olub. O, vətən müharibəsində iştirak edib və vətən müharibəsi  zamanı 2020-ci ilin noyabrın 7-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanıbmış. Şahin hüseynov 15 ilə yaxın Daşkəsəndə qulluq edib. Hərbçimiz Azərbaycan Prezidenti İlham Əliyevin sərəcnamı ilə "Kəlbəcərin azad olunması görə" medalı ilə təltif edilib.
Yaxınları  Müdafiə Nazirliyinə müraciət edərək, hadisənin obyektiv şəkildə araşdırılmasını tələb edirlər.
Allah rəhmət etsin.
 
4749

DİGƏR XƏBƏRLƏR