Ermənidən vandalizmin ETİRAFI: “Ağdamı dağıtdıq, yaşamadıq”


Laçın rayonunun Zabux kəndində məskunlaşan daha bir erməni dünən səhər saatlarında tərk etdiyi evi yandırıb. Amma bir neçə dəqiqə sonra hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun qarşısını alıblar.

Agxeber.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadası ərazidəki rusiyalı sülhməramlıların tələbi ilə göndərilib.

Bunu Zabuxdakı erməni icmasının rəhbəri Andranik Çavuşyan da təsdiqləyib.

Qarabağdakı separatşı-terrorçulardan nümayəndəsi isə “Hraparak”a bildirib ki, onsuz da azərbaycanlılar ermənilərin Zabuxda qoyub getdikləri evlərdə yaşamayacaqlar. O, vaxtilə Ağdamda törətdikləri vandalizmdən də danışıb:

“Azərbaycanlılar ermənilərin Ağavnoda (Zabuxda-red.) qoyub getdikləri evlərdə yaşamayacaq, onların nəzarətinə keçəndən sonra həmin tikililəri sökəcəklər. Yəqin ki, bununla 30 il əvvəlki qələbəmizə cavab verməyə çalışacaqlar. Vaxtilə biz də Ağdamı, qəsəbələrini dağıtdıq, torpaqlarından istifadə etdik, yaşamadıq, amma örüş-tarlaya çevirdik, bağlar saldıq, binaların, tikililərin uyğun yerlərini çıxarıb istifadə etdik, indi qisas alırlar. Bizim evlərdə yaşamayacaqlar, amma kəndlərin ərazilərindən istifadə edib, qazanc götürəcəklər”.

3979

DİGƏR XƏBƏRLƏR