Cəbhədəki Azərbaycan hərbçiləri “Anadolu”nun kamerasında - Fotolar

Cəbhədəki Azərbaycan hərbçiləri “Anadolu”nun kamerasında

Türkiyənin “Anadolu” Agentliyinin (AA) əməkdaşları Ermənistan silahlı birləşmələrinin iyulun 12-dən 16-a qədər ələ keçirmək istədiyi yüksəkliklərin birindən material hazırlayıb.  

“Qafqazinfo”nun məlumatına görə, agentlik qeyd edib ki, erməni mövqeləri ilə qarşı-qarşıya duran Azərbaycan əsgərləri hücuma layiqli cavab verməyə hazırdır.

Erməni ordusunun hücumlarını, o cümlədən artilleriya atəşlərini dəf edən Azərbaycan əsgərləri qarşı tərəfin bütün hərəkətlərinə nəzarət edir.

“Göründüyü kimi, əsgərlərin hazırlığı və mənəvi ruhu olduqca yüksəkdir. Avadanlıq və təchizatla bağlı heç bir problem yoxdur”, - deyə agentlik yazır.

Fotolar Rəsul Rəhimovundur.

 












4279

DİGƏR XƏBƏRLƏR