Ermənistanın Berd şəhərində panika


Azərbaycanın Ermənistanla sərhədində silahlı qarşıdurmanın getdikcə daha da şiddətlənməsi müşahidə olunur.

Virtualaz.org-un məlumatına görə, Azərbaycanla sərhəddəki Tavuş vilayətinin Berd şəhərində dinc sakinlər arasında panika hökm sürür. Hakimiyyətdəkilər mülki şəxslərin, xüsusən qadın və uşaqların təxliyəsinə başlayıb.

Mülki əhali bomba sığınacaqlarına təxliyə edilib. Panika Azərbaycan mövqelərindən davamlı artilleriya atəşi fonunda artır.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti erməni ictimaiyyətinin nəzərinə çatdırır ki, Azərbaycan Ordusunun hərbi hissələri Ermənistan silahlı qüvvələrinin bölmələrinə hücum edir. Azərbaycan tərəfi mülki əhalini artilleriya hücumunun obyekti hesab etmir. Söhbət işğalçı Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün önləyici hərbi-taktiki tədbirlərdən gedir.

367

DİGƏR XƏBƏRLƏR