Şəhidlər abidəsinin məşəli söndürüldü.

Şəhidlər abidəsinin məşəli söndürüldü.
 
AĞ Partiyanın E-mail ünvanına daxil olan şikayətlər səngimək bilmir. 
 
Qaradağ rayon Sahil qəsəbəsinin sakinləri tərəfindən daxil olan şikayət məktubunda bildirilir ki, Sahil qəsəbəsində şəhidlər üçün salınmış abidənin yanar məşəli söndürülüb. Bu durumdan çox narazı olduqlarını qeyd ediblər.
 
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Sualımızı Qəbul Şöbəsinin nümayəndəsi Amin Ağayev cavablandırdı. Bildirdi ki, bizə bu barədə heç bir məlumat daxil olmayıb. Yaranan vəziyyətdən xəbərsiz olduqlarını bildirən A. Ağayev ərazi ilə maraqlanacaqlarını və araşdıracaqlarını söylədi. 
 
Cavab ala bilmədiyimiz üçün Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbəsi üzrə nümayəndəsi Əli Fərəcovla əlaqə saxladıq. Ə.Fərəcov məsələdən xəbərdar olduğunu bildirdi və qeyd etdi ki, hava durumuna görə, küləyin sərt olduğu üçün yanğın təhlükəsini nəzərə alaraq şəhidlər abidəsinin məşəlinin qazını söndürmüşük. 
 
Sakinləri və təbii ki, bizi narahat edən bu məsələ ilə bağlı verilən açıqlama inandırıcı olmasa da ümid edirik ki, tez bir zamanda abidənin məşəli yenidən alovlanacaq.
 
AĞ Partiya - Şəfa Rasimqızı

3929

DİGƏR XƏBƏRLƏR