Müharibələr Şərqdə başlıyıb Qərbdə bitəcək

Dünyada müharibələrin aparılması paradiqmaları artıq dəyişir. Keçmiş 30 il müddətində baş verən Amerika  xarici siyasətinə nəzər yetirsək görərik ki, bioloji, kimyəvi və nüvə silahları istisna olmaqla konvensional silahlarla İraqın işğalı ABŞ üçün 3 trilyon dollara başa gəlmişdır. Belə olan təqdirdə bu işlərdən qazanc əldə edən kimdir? Əlbəttə ki, ABŞ xəzinəsinə borc verən Dünya bankirləridir-Qlobal sərmayə patronlarıdır. Demokratların hakimiyyətdə olduğu dövrdə Qlobal sərmayənin önündəki istənilən maneənin aradan qaldırılması üçün vasitə bir qayda olaraq dönəmin ABŞ prezidenti və onun administrasiyası olur. Başqa sözlə Demokratlar Qlobal sərməyənin bilavasitə isə Qlobalistlərin sərəncamındadırlar. ABŞ-ın 45-ci dönəm prezidenti Respublikaçı D.Trump səlahiyyətlərinin icrasına başladığı hələ ilk günlərində demişdir ki, 3 trilyon xərclədik oraları işğal etdik amma neftdən gələn gəlir ABŞ hökümətinin xəzinəsinə deyil bir qrup elitanın cibinə axır. ABŞ-da fəaliyyət göstərən düşüncə mərkəzlərindən ən önəmlisi, siyasi, iqtisadi və maraq kəsb etdiyi istənilən sahələr üzrə 10 il öncədən CİA yə hesabatlar hazırlayan "RAND Corporation" sənədlərinin birində ABŞ və Rusiya arasında nüvə müharibəsinin baş verməsi ehtimallarının təhlili zamanı şüşə butulkanın içindəki iki əqrəb təcrübəsinə  istinad edərək bu müharibədə zəfər qazananın olmayacağını illər öncə qeyd etmişlər. Əgər əqrəblərdən biri o birinə ilk zərbəni vurarsa digəri ölüm ayağında olsa da belə genetikasına sadiq qalaraq cavab zəbəsini vuracaq və nəticədə hər ikisi məhv olacaqdır. Ona görə də bir-birini genetik olaraq tanıyan əqrəblər aralarında məsafə saxlayarlar.

Rusiya tərəfindən Ukraynanı işğal olunmasının nəticəsindən asılı olmayaraq ABŞ-Rusiya arasında baş verəcək nüvə müharibəsinin ehtimalı sıfıra daha yaxındır. Ukraynanın Rusiya üçün geo-strateji məna daşımasını 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş Bismark demişdir.Əgər Ukraynanı Rusiyadan ayırsaz Rusiya getdikcə zəiflənər və nəticədə üzərində qələbə qazanarsınız.



Rusların Bismarkın dediklərini yadda saxlayıb bundan nəticə çıxarması öncə Krımın anneksiyası sonra isə Donbass və Luqanskda qondarma xalq respublikalarını yaratması ilə oldu. Əllərinə əlverişli imkan düşdüyü zaman da işğalçı planlarını Ukraynada həyata keçirməyə başladılar.

ABŞ və Avropanın isə Bismarkın dediklərinə nə dərəcədə tam şəkildə əməl etdiklərini deyə bilməsəm də yaşadığımız günlərdə də Rusiyaya qarşı bir qurban rolu seçildiyi göz qabağındadır. Avropa İttifaqı və Natonun Rusiyaya qarşı yalnız iqtisadi sanksiyalar tətbiq olunması zənnimcə bir Qlobal sərmayənin transformasiyası xarakteri  daşıyır. Rusiyanın trilyon dollarla dəyərləndirilən əmlak və aktivlərinə həbs qoyulması,  Ukraynaya milyardlarla valyutanın transfer olunması bu coğrafiyada dolların ve euronun qeyri-qanuni olaraq, heç bir sənaye və istehsal sahəsinin məhsulu olmadan dövriyyədə valyuta kütləsinin artmasına xidmət etmirmi? İlk baxışdan iqtisadi baxımdan çox əlverişli haldır yalnız günlərin birində həmin dolların və euronun Mərkəzi Bankları Qlobal maliyyə patronları faiz dərəcələrini artırarsa ərazisində müharibə gedən ÜDM-nin göstəriciləri qeyri-müəyyən qiymətdə olan ölkələrdə nə baş verər? İşin digər maraqlı tərəfi isə getdikcə maliyyə bazarlarında dollar ilə euronun getdikcə eyni məzənnəyə gəlməsidir. Brexit və Covid 19 pandemiyası sonrası iş və xidmət sektorunun fəaliyyətinin pozulması, işsizliyin artması sənaye və kənd təsərrüfatının həm də  əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi Avropa İttifaqının getdikcə bir proje olaraq “collapsa” istiqamət almasına işarədir.
 
Dünyada baş verən hadisələr yeni dünya tarixini müəyyənləşdirən dövr strateji araşdırmalar aparan alimlərin kəşfinə görə 108 ildə bir dəfə dövr edir. Bu dövr özüdə 36 illik 3 mərhələli olur. Yaşadığımız dövrün 1-ci 36 ilin başlanğıcı 1989-cu ilin avqustuna uyğun gəlir.Bu tarixdə İraq ordusu Səddam Hüseynin əmri ilə Küveytə hücum edir.Amma tezliklə beynəlxalq ictimaiyyətin ittihamları və onlar İraq ordusunu Küveytdən çıxmağa məcbur edəcək ABŞ ordusu ilə ilk çatışmaları,savaşı olur.Beləliklə Şərqdə ölkələrində müharibələrin başlanmasına start verilir.
     Yuxarıda qeyd etdiyim kimi 108 illik dövrün bir xüsusiyyəti var:
Müharibələr Şərqdə başlıyıb Qərbdə bitəcək....
 

© Ağ Partiya Təşkilat Komitəsinin üzvü Balağa Mirmövsumov

6297

DİGƏR XƏBƏRLƏR