Polis rəisindən təqdirəlayiq addım



Bir neçə gün öncə “Prime TV” Youtube platformasında AĞ Partiya sədri Tural Abbaslı tərəfindən səsləndirilən şikayətə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polkovnik Azər Cahangirov dərhal reaksiya verib. Şikayətlə bağlı saytımıza yerli sakinlər məlumat veriblər. Lerik rayon sakinləri bir müddətdir Lənkəran şəhərində yerləşən dövlət müəssisələrində olan işlərini həll etmək üçün bu şəhərə getdikləri zaman Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən mütəmadi olaraq incidildikləri barədə AĞ Partiya sədri Tural Abbaslıya şikayət etmiş, bu məsələnin ictimailəşdirilməsi üçün xahiş etmişdilər. Tural Abbaslı da öz növbəsində sakinlərin şikayətini efir vasitəsi ilə geniş ictimaiyyətin diqqətinə çatdırmışdı. Efirdə səsləndirilən fikirlə tanış olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov onları  qəbul  etmiş, şikayətlərinin nə olduğu ilə bağlı ətraflı maraqlanmış, yaranmış anlaşılmazlıq aydınlaşdırılmış və obyektiv şəkildə məsələnin həllinə öz  töhfəsini verdiyinə görə sakinlər də rəisin bu addımından  məmnunluqlarını ifadə etmişlər.
4587

DİGƏR XƏBƏRLƏR