"Fairmont Baku" hotelində jurnalistləri təhqir edən şəxs həbs olundu FOTO VİDEO

"Fairmont Baku" hotelində jurnalistləri təhqir edən şəxs həbs edildi

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən İsmayıl Babayevlə bağlı qərar çıxarılıb.

“Report”un xəbərinə görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayev "Fairmont Baku" hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib.

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/cLu2paJmiK4" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Xatırladaq ki, bu, İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil. O, ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı.

Jurnalistləri təhqir edən iş adamının oğlu imiş - Fotolar

1199

DİGƏR XƏBƏRLƏR