"Kontakt Home" insanların həyatı ilə oynayır


Bu gün redaksiyamıza maraqlı məlumat daxil olub. Adının açıqlanmasını istəməyən  şəxs ictimaiyyətə maraqlı olacağını düşündüyümüz bir məlumatı bizimlə bölüşüb. Biz də həmin məlumatı sizlərin diqqətinə çatdırırıq.
“Hörmətli “Agxeber.com” əməkdaşları, sizlərin diqqətinə çatdırmaq istəyirəm ki, bu günlərdə 1 saylı Kliniki Tibbi Mərkəzində müalicə alan ("Semaşko") COVİD-19 xəstəsi olan bir şəxs video paylaşmışdı və oradakı tibbi xidmətdən şikayət edirdi. Yəqin ki, məlum videonu siz də görmüş olarsınız.  Bu video müraciəti edən şəxs "Kontakt Home"  şirkətinin əməkdaşıdır. O, yoluxduğu  bilinənə qədər iş yerində fəaliyyətini davam etdirib. Bildiyiniz kimi bu video xeyli səs-küyə səbəb oldu, hətta, TƏBİB belə bu çəkilişə reaksiya vermək məcburiyyətində qaldı. Sizin diqqətinizə isə başqa məsələni çatdırım. Belə ki, COVİD-19 xətəsi müəyyən olunan iş yeri, obyekt və ya müəssisə xüsusi nəzarətə götürülməli, orada yoluxan xəstə ilə təmasda olma ehtimalı olan hər kəsədən test götürülməli, iş yeri müvəqqəti fəaliyyətini saxlamalı, otaqlar dezinfeksiya edilməli, işçilərdən bir müddət işə  çıxmamaq xahiş olunmalı və sair kimi tədbirlər həyata keçirilməlidir.  Ancaq,  bu şirkətin  rəhbərliyi nəinki sadalanan zəruri addımları atmayıblar, tam əksinə işçilərə tam heyətdə işə çıxmağı tələb ediblər, otaqları dezinfeksiya etməyiblər, hətta yoluxmuş xəstə işçi ilə eyni otaqda oturan əməkdaşlardan belə test  götürülməyib. Belə olan vəziyyətdə işə çıxmaqdan imtina edənləri işdən  qovmaqla təhdid ediblər, hərarəti olan və  bu vəziyyətdə işə çıxmağa ehtiyyat edən işçilərdən  ərizələrini yazmağı tələb ediblər. Xatırladım ki, virusa yoluxmuş Əliyev Bəhruzun çalışdığı binada  250-ə  yaxın əməkdaş çalışır. Baxmayaraq ki, sərtləşdirilmiş karantin şərtlərinə əsasən işçilərin yalnız 30%-i  işə çıxmalıdır. Millət vəkili Elnur  Allahverdiyevin şirkəti  "Kontakt Home"  əməkdaşları  tam heyətlə işlətməyə davam edir. İşçilər məzuniyyət  tələb edəndə  isə  aprel ayında  hər  kəsin  məzuniyyətini istifadə etdiyini bildirirlər. Hətta bu dəqiqələrə olan yeni məlumatı bölüşüm sizinlə, tozsoran alverçisi deputatın  şirkəti  "Kontakt Home"un  7 əməkdaşı  COVİD-19  virusuna yoluxub  və onlara  rəsmi  diaqnoz  da  qoyulub. İşçilər isə  həyatları ilə dolanışıq arasında ölümcül seçim etməyə məcbur qoyulurlar. Ya hər gün yoluxma və ölüm təhlükəsi  ilə işə gəl balana bir  tikə çörək qazan, ya da yoluxmamaq  üçün  evdə qal və işini itir. Operativ Qərargah hara baxır, aidiyyatı qurumlar nə ilə məşğuldurlar, hüquq mühafizə  orqanları  nə edir ki,  Elnur  Allahverdiyev kimi saxta deputatlar heç bir qayda-qanuna məhəl  qoymadan  vətəndaşların  həyatlarını  təhlükəyə atır. Mən  aidiyyatı  orqanlardan bu qanunsuzluğa səbəb olanların cəzalandırılmağını və ən nəhayət orada işləyən yüzlərlə vətəndaşa sahib çıxmağını xahiş edirəm.  Xahiş edirəm ki, bu məlumatın işıqlanmasında bizə yardım edin. Bəlkə bu məlumat işıqlansa Elnur Allahverdiyev insanların həyatı ilə oynamaqdan əl çəkər. Öncədən sizlərə təşəkkür edirik”.
Qeyd edək ki, son günlərdə "Kontakt Home" şirkətinin adı bir neçə qalmaqallı hadisə ilə medianın gündəminə gəlib. Beləki karatin günlərində dövlətin vətəndaşlara verdiyi maddi yardımı mənimsəmək və buna etiraz edən işçiləri işdən çıxarmaqla gündəmə gələn şirkəti adı daha sonra logosunun oğurluq olduğu xəbəri ilə gündəmə gəlmişdi.
3741

DİGƏR XƏBƏRLƏR