AĞ Partiya sabiq Müdafiə Naziri Rəhim Qazıyevin döyülməsi ilə əlaqədar bəyanat yayıb


AĞ Partiya iyunun 12-də sabiq müdafiə naziri Rəhim Qaziyevə qarşı olan hücumla əlaqədar bəyanat yayıb. Bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda deyilir: “Sabiq müdafiə naziri Rəhim Qaziyevə qarşı törədilmiş hadisəni bir mənalı şəkildə pisləyirik.  Ona qarşı edilmiş bu hücumun sıradan bir hadisə olmadığını, hər hansı təxribat xarakterli olma ehtimalını istisna etmirik. Xüsusilə ölkəmizdə son günlərdə yaşanan hadisələri göz önünə gətirdikdə bu hadisənin törədilməsində hər hansı bir qüvvələrin maraqlı ola biləcəyini söyləyə bilərik.  Bu məsələdə dövlət orqanları operativ davranmalı, hadisəni yubatmadan açıqlığa qovuşdurmalıdırlar. AĞ Partiya aidiyyəti orqanlardan Rəhim Qazıyevlə bağlı yaranmış vəziyyətə təcili aydınlıq gətirməyi, hadisəni  törədən şəxs və ya şəxslərin  dərhal tapılaraq qanun qarşısına çıxarılmasını tələb edir. Partiya, hüquq müdafiəçilərini, vətəndaş cəmiyyətinin nümayəndələrini, jurnalistləri  bu hadisəni diqqətdə saxlamağa çağırır.
AĞ Partiyanın Mətbuat Xidməti
Qeyd edək ki, sabiq müdafiə naziri axşamüstü küçə ilə hərəkət edərkən tanımadığı şəxslər tərəfindən hücuma məruz qalıb. Nəticədə baş nahiyəsindən  xəsarət alıb.
 
4697

DİGƏR XƏBƏRLƏR