Tural Abbaslı tənqid etdi, qardaşını işdən çıxardılar


“Kontakt  Home”u tənqid etdim, qardaşımı işdən çıxardılar. Bu fikirləri Xural Tv-nin efirində Tural Abbaslı səsləndirib.
Tural Abbaslı deyib: “Dövlət şirkətlərə işçilərini karantində işdən azad etməsin deyə yardım etdi. Məsələn, “Kontakt Home” şirkətinin işçilərinə dövlət 125 manat pul verdi. İşçilər işə qayıdan kimi şirkət o pulu işçilərin maaşından çıxdı. Dövlətin verdiyi yardımı işçilərinə verib, “1 ay karantində evdə oturmusan, işləməmisən”,- dedilər, sonra da o pulu ciblərindən veriblərmiş kimi işçilərin növbəti maaşından kəsdilər. Əminəm ki, bütün şirkətlər eyni addımı atıb şəkilində fikirlərimi bir neçə efirdə səsləndirmişdim. Mən bu fikirləri səsləndirəndən sonra 5 ildir “Kontakt Home” şirkətində işləyən qardaşımı işdən çıxardılar. Bunu şəxsən yeni deputat seçilmiş Elnur Allahverdiyev özü edib. YAP alverçiləri deputat edəndə belə də olmalıd idi”.
Qeyd edək ki, qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
8758

DİGƏR XƏBƏRLƏR