«Abidələrlə zəngin Şuşa erməni vandalları tərəfindən dağıdıldı» — Şəfa Mövsümlü


 

«Şuşada 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi».

1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində 30 kənd dağıdılıb, 195 dinc sakin öldürülüb, 165 nəfər yaralanıb, Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. 58 nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Həmçinin 24 mindən çox qardaşımız yurdlarından didərgin düşüb. İşğal nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Ermənilər Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini də dağıdıb.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Şəfa Mövsümlü Millitribuna.az-a açıqlamasında ermənilər tərəfdən Şuşada dağıdılan tarixi-mədəniyyət abidələrimizdən danışıb:

«Ərazisi 289 kv.km olan Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. Aşağı Gövhər Ağa məscidi (1874-1875), Culfalar məscidi (XIX əsr),Yuxarı Gövhər Ağa məscidi (XIX əsr), Mamay məscidi (XIX əsr), Molla Pənah Vaqifin poeziya evi, Xan qızı Xurşudbanu Natəvanın sarayı, Mir Möhsün Nəvvabın mülkü,Üzeyir Hacıbəyovun ev-muzeyi, Bülbülün ev-muzeyi, Xalça muzeyi ,Tarix-diyarşünaslıq muzeyi ,Qarabağ dövlət tarixi muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, Turşsu qalereyası, Azərbaycanda ilk real məktəbin binası, Xan qızı Natəvanın bulaq kompleksi, Qasım bəy Zakirin yaşadığı ev, Qasım bəy Zakirin qəbirüstü abidəsi, Səməd bəy Mehmandarovun Şuşadakı mülkü və digər mədəni qədim abidələrlə zəngin Şuşada erməni vandallari tərəfindən dağıdılıb.

Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri də işğala məruz qalıb».

Millitribuna.az

1542

DİGƏR XƏBƏRLƏR