
Ağ Partiya Qaradağ rayon təşkilatının sədri Elsevər Əliyevin təşkilatçılığı ilə 30.04.2023-cü il tarixində təşkilatın üzvləri ilə görüş keçirilib.
Agxeber.com bildirir ki, görüşdə Ağ partiya başqanı Tural Abbaslının I müavini Əhəd Məmmədli, Ağ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli, Ağ partiya idarə heyyətinin üzvü və eyni zamanda Qaradağ rayon təşkilatının kuratoru Aliz Zeynalov, Ağ Partiya Xanımlar Təşkilatının sədri Malvina Amirova, Ağ partiya Xətai rayon təşkilatının idarə heyyəti, 44 günlük II Qarabağ Müharibəsində şəhid olmuş Dünyamin Tağızadənin anası Ziyafət xanım iştirak ediblər.
Qeyd edək ki, tədbirdə Əhəd Məmmədli Ağ partiyanın gələcək planları, partiyanın daha da genişlənməsi və inkişafı, ölkənin indiki vəziyyəti, mənfi və müsbət amillər, Ağ partiyanın bu sahədə üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi barədə söhbət açaraq geniş müzakirələr apardı.
Daha sonra şəhid anası Ziyafət xanım bir neçə şəhid ailələrinin çəkdiyi çətinliklərin Tural Abbaslının çıxışlarından dərhal sonra həll yolunun tapıldığını bildirmişdi. Görüş əsnasında Əhəd Məmmədli şəhid anasına xarı bülbül nişanəsini hədiyyə etmiş və partiya sıralarına yeni qatılan üzvlərə üzvlük vəsiqəsi təqdim olunmuşdur.
Sonda xatirə şəkilləri cəkilib.
Ağ Partiya Qaradağ R.T. mətbuat üzrə sədr müavini Məsumə Vəliyeva










