“Əlimizdə sübutlar var, zənglər nəticə verməsə...” - Həmin dairələr təşviş içərisində

“İranın Azərbaycanda iğtişaşlar yaratmaq planı ilə bağlı sübutlar var. Hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti təxribat törədə bilən şəbəkənin qarşısını artıq alıb. Bu və ya digər şəkildə öz diplomatik fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olan İran diplomatlarının arzuolunmaz şəxs elan olunması bir növ siqnaldır”.

Bu sözləri Musavat.com-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
f30c1dd6-ab66-3012-b2fc-b21c7f70448b_850.jpg (80 KB)

Politoloq vurğulayıb ki, Azərbaycan çox güclü dövlətdir:

“Mən əminəm ki, İranın bu cür fəaliyyəti, bu cür planları heç bir nəticə verməyəcək. Biz hamımız istəyirik ki, tez bir zamanda bu həmlələrə son qoyulsun və Azərbaycan-İran münasibətləri normal məcraya qayıtsın.

XİN rəhbərlərinin telefon danışığında qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğu bildirilib. İranın etdiyi həmlələrin arxasında bu ölkənin elitasının radikal hissələri dayanır. Bu cür addımlar həm İran ictimaiyyəti, həm də siyasi elita tərəfindən heç də tam şəkildə dəstəklənmir. Mən əminəm ki, bu danışıqlardan sonra, ya da digər kontaktlardan sonra istənilən nəticə alınacaq. Buna şübhəm yoxdur. Çünki bu həmlələrin arxasında dayanan dairələr yaxşı başa düşürlər ki, Azərbaycan onunla hədə-qorxu formasında danışmağı qəbul etmir və etməyəcək. Bunun nəticəsi olmayacaq. Onlar gec və ya tez başa düşəcəklər ki, biz əməkdaşlığa və sülhə açığıq, hədə-qorxuya isə həmişə lazımi şəkildə cavab verəcəyik”.

1021

DİGƏR XƏBƏRLƏR