Buratino psixoloji mərkəz fırıldaqçılıqla məşğuldur- İDDİA

Reklam Marketi - Рекламное Агентство

Pul mənimsəmə hallarına çox rast gəlmişik.. Lakin beləsinə nə ad vermək olar görəsən..?

Redaksiyamıza növbəti şikayət məktubu daxil olub. Məktubu oxuduqdan sonra "uşaqlarımızı görəsən hara etibar edə bilərik?" sualı bizi düşündürmədi desək yalan olar. 

Abdullayeva Türkanə İntiqam qızının redaksiyamıza ünvanladığı məktubu olduğu kimi dərc edirik:

- "Mən Abdullayeva Türkanə İntiqam qızı övladım Rafiqli Ayxan Samir oğlu üçün Buratino uşaq psixoloji mərkəzinə müraciət etmişəm. Qeyd etdiyim psixoloji mərkəz Sumqayıt şəhər 4-cü mk.da yerləşirdi.  Ünvanları yaşayış yerimə əlverişli idi. Övladım Buratino uşaq psixoloji mərkəzinə cəmi 45 gün getdikdən sonra mərkəzin ünvanını mənə bildirmədən, xəbərdarlıq etmədən dəyişdirib 12-ci mk.a göndəriblər. Yeni ünvan məsafə olaraq mənim üçün əlverişli deyil və bu barədə narazılığımı bildirdim. Onlar da Hüseynin yaxşı olacağını dedilər. Bir müddət övladım həmin mərkəzə gedib gəldikdən sonra, gördüm ki, uşağımın sağlamlığında heç bir dəyişiklik yoxdur. Əvvəl gündən mənə bildirilmişdir ki, övladımı evdən müşahidə kameraları ilə izləyə biləcəm. Lakin bu dedikləri olmadı, heç bir kamera yox idi. Hətta məni mərkəzə belə buraxmırdılar. Onlara etiraz olaraq bildirdim ki, mən övladımın hansı şəraitdə baxıldığını görməliyəm. Heç bir etirazıma məhəl qoymadan içəriyə daxil olmağımı əngəllədilər. 9 yaşlı uşağıma öz rahatlıqları üçün alt paltar əvəzinə pampers bağlayırdılar. Uşağı yenidən bu vərdişə alışdırdılar. Onların əvvəl gündən dedikləri sözlərlə əməlləri üst-üstə düşmədi. İlk gün onlara müraciət edəndə məni bəzəkli sözlərlə inandırıb 1725 (min yeddi yüz iyirmi beş) AZN pul ödəniş olaraq aldılar. İstəyirdim ki, hamının balası kimi mənimdə övladım yaxşı olsun, sağalsın. Amma Buratino uşaq psixoloji mərkəzi mənə şirin sözlərlə vədlər verərək heç bir vədinə əməl etmədilər. Əksinə yolum çox uzandı, uşağımda heç bir dəyişiklik olmadı. Mərkəzin rəhbərliyinə etirazımı bildirdim ki, 1 ay 10 günün pulunu verdiyim məbləqdən çıxsınlar və yerdə qalan məbləği isə qaytarsınlar. Mənə cavab olararaq bildirildi ki, bizdə verilən pul geri qaytarılmır. Əgər narazılığınız varsa məhkəməyə müraciət edin. Mən tək qadın olaraq çətinliklə 1725 AZN-i toplayıb onlara etibar edib vermişdim. Övladımın sağalması üçün, yenidən normal həyata qayıtması üçün borc-xərc edib dedikləri məbləği onlara vermişdim. Nəticə olaraq Buratino uşaq psixoloji mərkəz məni aldadaraq heç bir dedikləri sözlərinə əməl etmədilər. Xahiş edirəm mənə köməklik edəsiniz".

Agxeber.com saytı olaraq bizə ünvanlanan şikayət ərizəsini nəzərə alaraq sözü gedən mərkəzin rəsmi səhifələrində qoyulan əlaqə nömrələri ilə dəfələrlə əlaqə saxladıq. Cavab verən əməkdaş rəsmi açıqlama verə biləcək səlahiyyətdə olmadığını və səlahiyyətli nümayəndələrin hazırda mərkəzdə olmadığını dedi. Gün ərzində səlahiyyətli şəxslərin redaksiya ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmələrini rica etsək də təəssüf ki, əlaqə saxlayacaq səlahiyyətli nümayəndə tapılmadı. 

Ş.R.

No description available.
No description available.
No description available.
1296

DİGƏR XƏBƏRLƏR