Yenə mətnlər, yenə məntiqsiz suallar...

 


Bu il çox sayda abituriyent və şagird buraxılış imtahanına qoşulub. 

Niyə imtahanlarda suallar tərtibatı düzgün qaydada yazılmır? Niyə hər imtahanlarda məntiqsiz suallarla abituriyentləri bu qədər incidirsiniz?

Hələ imtahanlara saldıqları mətnlər...

Mətnlər Türk dilindən götürülüb Azərbaycan dilinə bərbadcasına tərcümə olunub.... Hara baxır təhsil ekspertləri? Elm və Təhsil Naziri nə işlə məşğuldur?

Mətnlər böyük və çətin. Ümumiyyətlə mətnləri ləğv etmək lazımdır, abituriyentləri bu qədər incitmək olmaz. Niyə bu qədər stress yaşadırsınız?

DİM (Məleykə Abbaszadə) istedadların Ali məktəblərə qəbulunun qarşısında ən böyük maneə olmaqla Azərbaycan təhsilini məhv edən qurumdur. Ümumiyyətlə, son dövrlər DİM-dən narazılıq çox olur. Təhsil nazirliyi ilə aralarında olan intiriqa. O bunu bəyənmir, bu da onu. Əslində isə hər iki qurum sadəcə yarıtmaz fəaliyyət göstərir.

Dünyanın heç bir ölkəsində tədris ilinin başa çatmasına 4 ay qalmış buraxılış imtahanı olmur. Nə də təhsilə bir qurum, həmin təhsilin nəticələrini öyrənməyə başqa qurum cavabdehlik daşımır. Görün özbaşnalıq hansı səviyyədədir ki, imtahan sualları başqa ölkələrin tədris proqramından salınır. Hələ də bunlara stop deyən yoxdur. Bu cür imtahanlara son qoyulsun. Gənclər doktoranturaya imtahan vermirlər!!!


Malvina Amirova - AĞ Partiya Xanımlar təşkilatının sədri
1146

DİGƏR XƏBƏRLƏR