
AĞ Partiya Türkiyəyə başsağlığı ünvanladı
Qardaş Türkiyənin İstanbul şəhərində baş verən xain terror aktı bizi çox sarsıtdı. Türkiyənin acısı Azərbaycanın acısıdır, Türkiyəyə atılan güllə, Azərbaycana atılan güllədir. AĞ Partiya başqanı və İdarə Heyəti olaraq ölənlərə uca ALLAH dan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyirik. Türkiyəni getdiyi ali yoldan xain hücumlarla döndərmək olmaz. Əminik ki, Türkiyəmiz bu sınaqdan da daha güclü çıxacaq. Düşmənlərimiz bizi Türk-İslam dünyası olaraq ali məqsədimizə çatmaqda dayandıra bilməyəcək. Sevincimizlə, acımızla qoyduğumuz hədəflərə birgə çataçağıq.Agxeber.com