“Türkiyə Laçın şəhərinin Azərbaycana qaytarılmasından məmnundur”

 

“Türkiyə Laçın şəhərinin Azərbaycana qaytarılmasından məmnundur”
Türkiyə Xarici İşlər Nazirliyi Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı açıqlama yayıb.

Agxeber” xəbər verir ki, Türkiyə XİN-in rəsmi saytında paylaşılan açıqlamada deyilir:

“Laçın şəhərilə Zabux və Sus kəndlərinin 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatda yer alan məsələlərə uyğun olaraq davam edən proses çərçivəsində bu gün Azərbaycana qaytarılmasından məmnunluq duyuruq.

Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olan bu hadisənin həm Azərbaycan-Ermənistan münasibətlərinə, həm də regional normallaşmaya töhvə verəcəyinə ümid edirik. 

Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da qardaş Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləməyə davam edəcək”.

817

DİGƏR XƏBƏRLƏR