Paşinyan Əli Əsədovla görüşə bilər


Növbəti həftədə Ermənistan və Azərbaycan baş nazirləri arasında görüş keçirilə bilər.

"Agxeber" xəbər verir ki, belə bir informasiya ilə Ermənistanın "Pastinfo" agentliyi çıxış edib.

Məlumatda bildirilir ki, Nikol Paşinyanla Əli Əsədov arasında görüş avqustun 25-də və ya 26-da Bişkekdə baş tuta bilər.

Görüş baş tutarsa, orada Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilir.


Hələlik tərəflərin informasiyaya rəsmi münasibəti məlum deyil.

386

DİGƏR XƏBƏRLƏR