DTX-nın həbs etdiyi Mustafayev kimdir? – Nazirlik açıqladı


"Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı saxlanıldığı qeyd edilən Mübariz Mustafayev Məşğulluq Xidmətinin əməkdaşı deyil".

Agxeber.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, M.Mustafayev işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvət Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, DTX-nın keçirdiyi əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, mərkəzi xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələr Kombinatının direktoru Xalidə Ağayeva, məşğulluq şöbəsinin rəisi Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov saxlanılıb.

Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

310

DİGƏR XƏBƏRLƏR