Bankçılıq yoxsa fırıldaqçılıq ?


 
    Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz.
 
  Bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox bank haqqında istər sosial şəbəkələrdə, istərsə də dövrü mətbuatda şikayət xarakterli yazılara rast gəlirik. Bankların çatışmazlığında yaranan şikayətlərin çoxsu əsaslı olsa da heç bir tədbir görülmür. Yenə də əziyyət çəkən müştəri, sadə vətəndaş olur.
 
    Mən bu gün demək olar ki, Azərbaycan investisiya bazarının böyük hissəsinə sahib olan “KapitalBANK” haqqında danışmaq istəyirəm. Özəl və dövlət əmək haqqlarının böyük hissəsinə, təqaüd və sosial yardım köçürmələrinin demək olar ki, tam hissəsinə sahib olan bank müştərilərinin istəyi ilə deyil, özünün qanuni və ya qeyri qanuni qəbul etdiyi qaydalar əsasinda xidmət edir. Təsəvvür edin bank müştərisinə göstərdiyi xırda xidmətə görə də haqq alır. İstər banklar arası pul köçürmələrinə görə, istərsə də bankdaxili köçürmələrə görə. Xidmət haqqını isə həm göndərəndən, həm də qəbul edəndən tutur. 
 
    Bu gün KapitalBANK tərəfindən mənə gələn bir mesajda belə qeyd edilir: “Hörmətli müştəri, bankın tariflərinə əsasən əməkhaqqı kartına ATM və ödəniş terminalından əlavə mədaxil zamanı 1% (min.1AZN/USD/EUR) komissiya tutulur. Texniki səbəbdən, 16.08.2021-dən 12.02.2022-dək əməkhaqqı kartınıza mədaxil olan 350AZN üçün 4 AZN komissiya tutulmayıb. Bu komissiya əmək haqqı kartınızdakı vəsaitdən tutulacaq.” Bank öz işini düzgün qura bilmirsə, müştərisinə düzgün xidmət göstərə bilmirsə cəzasını sadə vətəndaşmı ödəməlidir? Deyək ki, məndə əməliyyat az etdiyim üçün məndə məbləğ azdır. Onda on min manatlarla əməliiyat aparanlar nə etməlidir? Onların indi hansı vəziyyətdə olduğunu özünüz təsəvvür edin.
 
  Xatırlatma edim ki, banklar arasında ən çox texniki səbəbdən günlərlə müştərisinə düzgün xidmət göstərə bilməyan bank Kapitalbankdır. 

© Ağ Partiyanın Quba təşkilatı üzrə nümayəndəsi Dadaşov Fərid Vəliyullah oglu
 
405

DİGƏR XƏBƏRLƏR