İcbari Tibbi Sığorta Azərbaycanda işləyirmi?


“Bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etməyiniz kifayətdir. Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir. Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda Sizə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş verilir.”
   
Bəli, qanun gözəl qəbul olunub. Amma reallıq tam başqadır. Özümün şahidi olduğum nəticə isə yazılanların tam əksini göstərir.
   
03 iyul 2022-ci ildə Qubada yaxın ailə üzvlərindən birində kəskin alergiya ilə əlaqədar Quba rayon Diaqnostika Mərkəzinə müraciət etməli oldum. Qeyd etdiyim tibb mərkəzi haqqında ilkin təəssüratım tam fərqli idi. 2011-ci ildə bu tibb mərkəzində yaxının əməliyyat olunan zaman hər bir xidmət yüksək səviyyədə ödənişsiz qarşılanmışdır. Yenə də həmin təəssürat ilə mərkəzə yaxınlaşdım. Bazar günü olduğu üçün tibb mərkəzində yalnız növbətçi həkim və tibb bacıları idi. Növbətçi həkim xəstəmi müainə edəndən sonra təcili sistem köçürülməli olduğunu bildirdi və adi bir kağızda alınacaq dərman preparatalarının adını qeyd edib mənə verdi. Yazılanları gördükdə etirazımı bildirdim ki, axı bu yazılanlar siz tərəfdən ödənişsiz qarşılanmalıdır. Cavab isə “Bizdə heçnə yoxdur” oldu. Təbii ki, məndə xəstəmi düşünərək gün ərzində bir neçə dəfə Aptekə getməli oldum. 
 
  Təsəvvür edin xəstəxananın ilkin tibbi yardım göstərmək üçün spirti, plastırı, sarğısı, içiboş iynəli cərrahiyyə aləti (şpris) yox idi. Növbətçi həkim ilə qısa söhbətimdən bəlli oldu ki, tibb mərkəzi əvvəl SOCAR-ın nəzdində olub. O vaxtı respublikada tapılmayan, əhaliyə baha qiymətə satılan dərman vasitələri burada pulsuz və bolluca olub. İndi isə TƏBİB-in nəzdində fəaliyyət göstərir. TƏBİB isə tibb mərkəzini heç bir dərman vasitəsilə təmin etmir. Elə bu vaxt təcili tibbi yardım maşını əlini mişar ilə doğramış kişini xəstəxanaya gətirdi. İlkin tibbi yardım göstərməyə vasitələri olmayan xəstəxana işçiləri kişiyə marketdən verilən salofan paketi verərək, “əlini sal içinə, qan yerə axmasın” deyir. 
 
  Belə bir qənaətə gəlmək olar ki, əslində İcbari Tibbi Sığorta məmur cibinə işləyən bir vasitədir.

© Ağ Partiyanın Quba təşkilatı üzrə nümayəndəsi Dadaşov Fərid Vəliyullah oglu 
 
664

DİGƏR XƏBƏRLƏR