Tural Abbaslı Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


AĞ Partiya başqanı Tural Abbaslı Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
"Hörmətli həmvətənlər, sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.  Hər birimizə məlum olduğu kimi İslam dininin iki əsas bayramından biri "Qurban Bayramıdır". Və dinimizin bütün əmrləri kimi bayramlarının da mesajı açıq-aydındır: "Qardaşlıq, xeyir əməllərlə məşğul olmaq, doğruluq, sadiqlik, ədalətlilik, mərhəmət". Uca Allah (c.c) hər birimizin şüurunda bu mesajların olmağını qismət etsin.
Bu bayram günlərində ölkəmizin müstəqilliyi, azadlığ və ərazi bütövlüyü uğrunda canlarından keçmiş hər bir şəhidimizin əbədiyaşar xatirəsini dərin ehtiramla yad edirəm.
Dəyərli müsəlman bacı və qardaşlarım, bir daha bayramınızı təbrik edir, sevdiklərinizlə bərabər daha neçə belə gözəl bayramlara çıxmağınızı və bu bayramların bütün xalqımıza can sağlığı, xoşbəxtlik, süfrələrimizə bol ruzi-bərəkət gətirməsini uca ALLAHdan arzu edirəm.
İbadətlərimiz qəbul olsun. Amin!"
983

DİGƏR XƏBƏRLƏR