Sürücünü döyüb təhqir edən məmur barədə DİN-dən AÇIQLAMA-VİDEO

Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar.

Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb:

“Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Bakıda 10 VX 707 dövlət qeydiyyat nişanlı “Lexus” markalı maşının sürücüsü motosiklet sürücüsünü vuraraq təhqir edib.

Bu barədə sosial şəbəkələrdə video yayılıb. Videodan aydın olur ki, yol vermədiyi üçün motosiklet sürücüsü “Lexus” sürücüsünə etiraz edir, bu zaman bahalı maşının sahibi motosikletin qarşısını kəsir və yerə düşərək motosiklet sürücüsünü təhqir edərək vurur.

Sosial şəbəkədə vətəndaşı döyüb təhqir edən şəxsin kimliyi də açıqlanıb. Qeyd olunub ki, o, 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşovdur.

O, “ARPİA” MƏNZİL TİKİNTİ KOOPERATİVİ” adlı tikinti şirkətinin sahibidir.

1250

DİGƏR XƏBƏRLƏR