Tural Abbaslı özünə müşavir təyin etdi


AĞ Partiyada yeni təyinat olub. Bu barədə "Agxeber.com"a partiyanın mətbuat xidmətindən məlumat verilib. Partiya sədri Tural Abbaslının sərəncamına əsasən Əhmədzadə Rəhim Rüfət  oğlu partiya sədrinin regionlarla iş  üzrə müşaviri  təyin olunub.
“Agxeber.com” Əhmədzadə Rəhim Rüfət oğlunun tərcümeyi-halını təqdim edir:
Əhmədzadə Rəhim Rüfət  oğlu 30.01.1986-cı il tarixində Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində doğulub.
1992-ci ildə Cəbrayıl rayonu Böyük Mərcanli kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. Məcburi köçkün düşdükdən sonra Sumqayıt şəhər 17 saylı məktəbində təhsilini davam etdirib.  Ali təhsillidir. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. 
Ailəlidir. 2 övladı var. 2016-cı ildən AĞ Partiyanin üzvüdür. 9 fevral 2020-cı ildə keçirilən parlament seçkilərində AĞ Partiyanın 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizədi olub.
3393

DİGƏR XƏBƏRLƏR