AĞ Partiya Türkiyədə yaşanan meşə yanğınları ilə əlaqədar kampaniya başlatdı


AĞ Partiya Türkiyədə yaşanan meşə yanğınları ilə əlaqədar kampaniya başladıb. Partiya başladılan kampaniya vasitəsi ilə  İkinci Qarabağ müharibəsində şəhid olmuş həmvətənlərimizin sayı qədər ağac əkərək, onların əziz xatirəsini əbədiləşdirmək istəyir. Bu məqsədlə ianələr qəbul edir.  Partiyadan verilən açıqlamada deyilir:
"AĞ Partiya qardaş Türkiyədə baş verən yanğınların təbiətə, ekosistemə vurduğu zərərin fəsadlarının aradan qaldırılması məqsədi ilə Meşəçiliyin İnkişafı və Meşə Yanğınları ilə Mübarizə Xidmətlərinə Dəstək Vəqfi (OGEM-VAK) tərəfindən başladılmış kampaniyaya qoşulmaq məqsədi ilə İkinci Qarabağ müharibəsində şəhid olmuş əziz hərbçilərimizin xatirəsinin yaşadılması üçün onların sayı qədər ağac əkmək istəyir. Bu işdə dəyərləri həmvətənlərimizin dəstəyinə ehtiyacımız var. Əminik ki, bu mühüm işdə sizlər də öz üzərinizə düşəni edəcək, bizləri yalnız buraxmayacaqsınız. Zaman birlik zamanı. Zaman vətən üçün canından keçənlərin əziz xatirəsini yaşatmaq zamanıdır".
Yardımlarınızı aşağıdakı hesaba edə bilərsiniz:
🔴 Bank : Kapital Bank
➡️ Kartın nömrəsi :4169 7385 8432 0463 ➡️ Ad: Kamran Mammadli

 

 

2001

DİGƏR XƏBƏRLƏR