AĞ Partiya Zəngəzur Komissiyasının tərkibi müəyyənləşib


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə AĞ Partiyanın tərkibində AĞ Partiya Zəngəzur Komissiyası yaradılmışdı.
May 1-də komissiyanın ilk iclası keçirilib. İclasda komissiyanın yeni tərkibi  müəyyənləşdirilib. İclasda çıxış edən AĞ Partiya Zəngəzur Komissiyasının rəhbəri Rüfət Rzayev komissiyanın üzvlərini bu məsuliyyətli vəzifəyə seçilmələri münasibətilə təbrik edib. O, Zəngəzur Komissiyasının qarşıda duran vəzifələri uğurla yerinə yetirəcəyinə əminliyini ifadə edib. İclasda, həmçinin fəaliyyət planı və digər məsələlər də müzakirə olunub. Qərara alınıb ki, yaxın günlərdə KİV nümayəndələrinin iştirakı ilə geniş mətbuat konfransı keçirilərək komissiyanın fəaliyyət istiqaməti ictimaiyyətə təqdim edilsin. Komissiyanın üzvləri müzakirə edilən məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.
Komissiyanın tərkibi aşağıdakı kimidir:
  1. Rzayev Rüfət Canəli oğlu
  2. Əhmədova Vüsalə Hüseyn qızı
  3. Hüseynov Azər Şofiq oğlu
  4. Əliyev Vüsal Şövkət oğlu
  5. Nəcəfov Səddam Saməddin oğlu
  6. Məmmədli Əhəd Fərhad oğlu
  7. Səlimov Kamal İlham oğlu
  8. Savalanlı Yamin Novruz oğlu
8596

DİGƏR XƏBƏRLƏR