Tural Abbaslı özünə fəxri müşavir təyin etdi

 


AĞ Partiyada yeni təyinat olub. Bu barədə "Agxeber.com"a partiyanın mətbuat xidmətindən məlumat verilib. Partiya sədri Tural Abbaslının sərəncamına əsasən Qayıblı Eltac Yaqub oğlu partiya sədrinin  fəxri müşaviri  təyin olunub.  
Qayıblı Eltac Yaqub oğlu 28.08.1988-ci ildə Gürcüstan Respublikasının Qaraçöp elində anadan olub. 1995-ci ildə Yor-Muğanlı kənd orta məktəbinə daxil olmuş. 2006 cı ildə məktəbi əlaçı olaraq bitirmiş, elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının Neft Mexanika Fukultəsinin Neft istehsalı və Emalı ixtisasına yüksək puanla qəbul olmuşdur. 2010-cu ildə “QIRMIZI DIPLOM” la bitirmiş, ardından Bakı Dövlət Universitetinin (BDU) Kompyuter Mühəndisliyi üzərinə magistratura təhsili alıb. Hal-hazırda doktorantura təhsilini davam etdirir. Qayıblı Eltac təhsil aldığı zaman ixtisas dəyişdirmədə fərqlilik göstərərək “Prezident Təqaüdcüsü” ünvanına layiq görülmüşdür. Bu zaman ərzində bir neçə böyük layihələrdə iştirak etmişdir o cümlədən “BREYN RING”, ”SOCAR TOWER”, ”BP STUDENT”. Bir neçə Avropa və orta Asya ölkələrinin qabaqcıl universitetlərində Azərbaycanı təmsil edərək konferanslarda iştirak etmişidir. Qayıblı Eltac “Plaşkalı Preventor” “Fontan Armaturunun tənzimlənən drosseli 21 MPA” Neft Quyularının təkrar istismarı” ,”Təsadüfi kəmiyyətlərin həqiqi kəmiyyətlərə çevrilməsi” layihələrinin müəllifidir. 2007-ci ildə Bakı Bibiheybət neft çıxarma məntəqəsində, 2009-cu ildə Bakı dərin özlülər zavodunda praktiki təcrübələrdə olmuşdur. 2009-2010-cu illər Bakı AzinMaş neft zavodunda təlimlərdə iştirak etmişdir. 2009-cu ildə Azərbaycanda Universitetlər arasında keçirilən riyazi bilik yarışmasının qalibi olmuşdur. 2009-2011 ci illərdə “Bakı Alov qüllələri” layihəsində “Dia HOLDING” nəzdində “Raduga Stroy” şirkətinin idarə heyətinin sədri. 2011-2013-cu illərdə Gürcüstan Respublikası Turizm Nazirliyi nəzdində “DEKON construction” şirkətinin Maliyyə şöbəsinin müdürü. 2013-2015-ci illərdə “Qala altı” istirahət kompleksinin yenidən qurulması layihəsində “Rönasans” şirkətinin nəzdində Raduga Stroyun layihə rəhbəri olmuşdur. 2016-2017-cı illərdə Tovuz-Ceyrançöl suvarma sistemi layihəsində Paşa Holding nəzdində North WEST Construction şirkətinin sahə mühəndisi olaraq fəaliyyət göstərmişdir. 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Qayıblı inşaat MMC” inşaat şirkətinin direktorudur,eyni zamanda bizneslə məşğuldur.
Ailəlidir 1 oğlu 1 qızı var.
343676

DİGƏR XƏBƏRLƏR