Müxalif partiya sədrinin müşavirinə dünyanın məşhur şirkətində vəzifə verildi



Azərbaycanda  fəaliyyət göstərən aparıcı müxalifət partiyalarından olan AĞ Partiyanın sədrinin xarici əlaqlər üzrə müşaviri Fariz Kərimova  “Amazon” şirkətində mühüm vəzifə verilib. Fariz Kərimov  “Amazon” şirkətində “İdarəetmə üzrə Menecer" vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, E-ticarət nəhəngi “Amazon” 1994 – ci ildə kitab satışı ilə məşğul olan internet saytı kimi yaradılmışdı. Şirkət təsis edildikdən sonra 1 ay ərzində 40 ölkəyə kitab göndərməyə başlamışdı. O gündən sonra “Amazon” dünyanın ən böyük e-ticarət şirkətlərindən birinə çevrilmişdir  ABŞ – dakı e-ticarət satışlarının təqribən 44% - i “Amazon” şirkətinin payına düşür.
 
1881

DİGƏR XƏBƏRLƏR