Türkiyənin Dağlıq Qarabağa qoşun göndərmək təklifinə rus senatordan reaksiya

Əgər Türkiyə Azərbaycanın xahişi ilə Dağlıq Qarabağa qoşun göndərərsə, Qarabağ münaqişəsi yalnız güclənəcək, sülh ssenarisi istisna ediləcək. 

Avropa.info xəbər verir ki, bu açıqlama ilə rusiyalı senator Aleksey Puşkov çıxış edib. 

Qeyd edək ki, dünən Türkiyənin vitse-prezidenti Fuad Oktay  Azərbaycandan belə bir xahiş gəlməsi halında Türkiyənin Dağlıq Qarabağa qoşun göndərəcəyini açıqlamışdı. 

"Türkiyə vitse-prezidenti Fuad Oktay Bakının xahişi halında türk qoşunlarını Qarabağa göndərməyə hazır olduğunu təsdiqləyib. Qarabağda türk hərbçiləri? Bu münaqişənin genişlənməsinə və internasionallaşmasına səbəb olardı və dinc ssenarini istisna edərdi. Keçmişin xəyallarının dirçəldilməsindən danışmıram", - Puşkov "Twitter "səhifəsində yazıb.

2695

DİGƏR XƏBƏRLƏR