İnsan hüquqları fəalından çox Ermənistanın ağzıyla danışan Arzu Qeybulla Azərbaycana iftira atır


İnsan hüquqları fəalı kimi çıxış edən aktivist Arzu Qeybullanın müharibəylə bağlı fikirləri etirazla qarşılanıb. Belə ki, Arzu Qeybulla Ahvalnews.com saytının qonağı olarkən söylədiyi böhtan dolu fikirlər sosial şəbəklərdə azərbaycanlı istifadəçilər tərəfindən tənqid edilib. 

Əvvəla bu video yayımın verildiyi Ahvalnews.com adlı xəbər saytının mənbəsini araşdırmaq və baxmaq lazımdır. Araşdırarkən ortaya çıxır ki, Ahvalnews xəbər saytı, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) tərəfindən maliyyələşdirilir və əsasən Türkiyəyə qarşıdır, Türkiyə əlehinə xəbərlər, yazılar verirlər. Ələxüsus da Türkiyə iqtidarına qarşı.
Bu saytdakı xəbərlərin, araşdırmaların içinə baxarkən hər şey məlum olur zatən. BBC, Azadlıq radiosu kimi bir saytdır amma daha çox Türkiyə iqtidarına qarşı açıq şəkildə ifitralar edilir. Məqsəd də Türkiyənin dəstəklədiyi dövlətləri Türkiyədən uzaqlaşdırmaq, iqtidarı xalqın gözündə etibarsızlaşdırmaqdır və digər düşmənçiliklərdir.
Ümumiyyətlə bu sayt barədə daha ətraflı məlumatı buradan da oxuya bilərsiniz.

İndi gələk cismani olaraq bizdən (Ad siyadı, doğum yeri və s) ancaq zehinsəl və ruhsal olaraq bizdən olmayan sözdə insan hüquqları fəalı Arzu Qeybullanın (Qeybullayevanın) söylədiyi iftira dolu fikirlərə. 
Qeyd edək ki, A.Qeybulla, Türkiyə ermənilərinin İstanbulda nəşr etdirdikləri "Aqos" qəzetində yazar olaraq çalışmışdır. Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb. Bir sözlə, aşağı-yuxarı hansı zehniyyətdə olduğu bəlli olur.

Sülhpərvər, müharibə əlehinə olan fikirlərinə qarışmırıq, özü bilər. Ancaq videoda 52-ci dəqiqədən etibarən Azərbaycana və dolayısı ilə Türkiyəyə qarşı rəzalətcəsinə atdığı iftira, yalan, böhtan dolu fikirləri barədə yazmaq istəyirik.

A.Qeybulla bildirir ki, "Suriyadan gətirilən və Azərbaycanın inkar etdiyi bu cihadçılar. Azərbaycanın imicinə çox büyük bir zərbə vurdu. Çünki Azərbaycan bir az haqlıydı. Belə bir vəziyyətdəykən nə üçün belə bir şeyə HƏ deyərsən sualı soruşuldu. Bu tənqidə mən də qatılıram. Madam belə güclü bir ordumuz və sistemimiz var, nə üçün belə bir ehtiyac duyuldu?"

Haqdan, ədalətdən, hüquqdan danışan A.Qeybulla bu fikirləriylə bizdən nə qədər uzaq olduğunu bir daha ortaya qoyaraq özünü "Planetin vətəndaşı" kimi göstərir... Guya fikirləri hökumətə qarşı yönəlikdir ancaq dövlətimizi rəsmən zənn altında buraxır, xalqı da aşağılayır, beynəlxalq arenada Azərbaycanı pis vəziyyətə salmağa çalışır. 

Əvvəla heç bir sübutu, dəlili yoxdur və bu fikirləri söyləyərkən isbatlamaqla mükəlləfdir! Haradan alınıb bu məlumatlar, haradan qaynaqlanır? Təbii ki, erməni və bəzi Avropa mediasından, bir də Fransa prezidentinin yalanlarından, Azərbaycan rəsmən bu yalan məlumatı təkzib edib. Gördüyünüz kimi Arzu Qeybulla yalan danışır.

Tvitterdə A.Qeybullanın tvitlərinə və retvitlərinə baxanda, əksəriyyəti xarici medianın, jurnalsitlərin, aktivislərin Türkiyəyə qarşı yazdığı yalan fikirləri, məlumatları paylaşmaqdan ibarətdir.

Arzu xanım belə sülhpərvərdirsə o zaman internetdə də yayılmış və Ermənistana gedən PKK terrorçuları haqqında yazsın. Belə sülhpərvərsinizsə illərdir dağıdılan məscidlərimiz, işğaldakı torpaqlarımızdan danışın. Bildirin ki, işğaldakı torpaqlar sülh yolu ilə qaytarılsın və hər kəs sülh içində yaşasın.

Çıxışında erməni jurnaslitı heç bir dəfə Ermənistanı və yürütdüyü siyasəti tənqid etmədi. Ancaq bu Qeybulla Azərbaycanı şövqlə tənqid edirdi. Özünü də elə aparır ki, sanki sülh göyərçinidir bircə qanadları çatmır. Sanki, Nobelin sülh mükafatı laureatı üçün növbədə dayanıb...

Xalqımızın yerinə danışır, guya xalq müharibə istəmir, guya xalqın beynini doldurub müharibə havası yaradırlar. Halbu ki, xalq özü istəyir bunu, heç bir hökumət, təşkilat, partiya Azərbaycan xalqını müharibəyə təhrik edəcək çıxışlar etməyib. Əksinə, illərdir xalq özü bunu tələb edirdi. Yaxşı, xalq nə etsin, desin ki, sülh üçün torpaqlar işğalda qalsın? Təklifi nədir? Elə boş-boş sülhdən danışmaqla sülh olur? Onun sülh dediyi Azərbaycanın təslim olmasını istəməkdir! Beynəlxalq təşkilatlar, ATƏT də illərdir buna çalışırdı-Azərbaycanın təslimçiliyinə. 

Verlişdə A.Qeybulla Azərbaycanda bəzi məlumatların paylaşılmasına qoyulan məhtudiyyətlərdən ürək yanğısıyla danışır, sanki millət blokadadır və həqiqətləri bilsə çıxıb hökumətə etiraz edəcəkdi. Ancaq Ermənistandakı bu məhtudiyyətlərdən danışmmadı. Budurmu balanslı yanaşma? 

Erməni jurnalistin Hadrut barədəki yalanına cavab vermir. Halbu ki, Hadrut məsələsiylə bağlı Müdafə Nazirliyi rəsmi açıqlama vermişdi ki, Hadrut qoşunlarımızın nəzarətindədir,heç bir geri çəkilmək yoxdur. Sadəcə bir provakator olan rus jurnalist humanitar yardım xəttiylə Azərbaycan əsgərlərinin icazəsindən sonra Hadrutdan xəsədlərin toplanması üçün gəlmişdi. Orada şəkil çəkdirib Hadrutun guya ermənilərin nəzarətində olduğunu göstərmişdi. Bundan sonra Azərbaycan Baş Prokurorluğu həmin jurnalistə qarşı cinayət işi açmışdı. Niyə A.Qeybulla bunu demədi? 

Əgər o, Türkiyə vətəndaşıdırsa Türkiyə dövləti Arzu Qeybulla haqqında tədbir görməlidir, ya oradan deport etməlidirvə  ya da iftiralarından dolayı hesab verməsini təmin etməlidir.

Adını insan hüquqları fəalı qoymaqla deyil ki, gərək insanda ədalət hissi olsun, həqiqətləri deyə bilməsi üçün. Çoxlu universitetlər oxumaq olar, savadlı olmaq olar, xarici dilləri bilmək olar, ancaq insan öncə ədalətli olmağı öyrənməlidir. Müstəmləkə aydınlarının fikirləriylə danışan Arzu Qeybulla özü də müstəmləkə aydınına çevrilib...

Həmin verlişin videosunu sizə təqdim edirik. 52-ci dəqiqədə məlum fikirləri söyləyir. 
 


Cavid Hacıbəyli
Arzu Qeybulla. Fotoda solda
2442

DİGƏR XƏBƏRLƏR