Şəhid qardaşı Tural Abbaslı "Canlı debat"da - Vətən müharibəsi şəhid ailəsinin gözü ilə


Vətən müharibəsinin 19-cu günündə qələbələrimizin siyahısı genişlənir. Amma bununla paralel, şəhidlərimiz də var. Bu günlərdə Füzuli uğrunda döyüşlərdə həlak olmuş oğullarımızdan biri, Ağ Partiyanın başqanı Tural Abbaslının qardaşı Teymur Abbaslı da şanlı şəhid zirvəsinə yüksəldi. Ailəsi, yaxınları, qardaşı T.Abbaslı şəhid zirvəsinə yüksəlmiş Teymur Abbaslını son mənzilə yola saldılar.

Hazırda "Canlı debat"da Tural Abbaslı şəhid qardaşı olaraq Azərbaycan cəmiyyətinə müraciət edəcək, bu ağır günlərdə Vətən naminə aparılan savaşın müqəddəsliyindən danışır. Söhbət zamanı həmçinin gündəmdəki digər suallara da toxunacağıq.  Azərbaycan 18 oktyabrı hansı qələbələrlə qeyd edəcək? 

Xalqda belə bir inam var ki, ordumuz daha bir neçə strateji nöqtələrin müstəqillik günündə işğaldan azad olunduğunu elan edəcək. Bu, real görünürmü? Lavrovun Qarabağın taleyi haqda yenə “gələcək zamanla” danışmas da ciddi müzakirə faktorudur. Son olaraq deyib ki, danışıqlar masasında olan və müzakirə edilən sənəd Ermənstan ordusunun Dağlıq Qarabağın təhlükəsizliyinə və Ermənistanla etibarlı quru yol əlaqəsinin olmasına tam təminat verilməsi şərti ilə, regionun statusunun müəyyən edilməsinə qədər 5 rayondan çıxarılmasını nəzərdə tutur. Daha sonra Ermənistan Ordusu daha 2 rayondan çıxarılır və Dağlıq Qarabağın yekun statusu müəyyən olunur. Ancaq konkret olaraq Ermənistana bunun nə vaxt edəcəyini demir. Azərbaycanı yenə bu nağılla danışıqlar masasasına qaytarmaq istəyirlərsə, son sözü Ordumuz deyəcək, demək...

Diplomatiyamız bu baş qatmaya nə cavab verəcək? Və Rusiya Qarabağa hərbi müşahidəçi, yoxsa əsgər göndərirmək istəyir? Lavrov deyib ki, münaqişənin həlli üçün rusiyalı hərbi müşahidəçilərin regiona yerləşdirilməsini təklif ediblər. Amma nazir bunun hər iki tərəfin razılığı ilə gerçəkləşə biləcəyini əlavə edib. Hərbi müşahidəçi nə demək? Onlara hansı mandat verilə bilər ki, “münaqişəni həll etsinlər?” Azərbaycan sülhməramlıların gəlməsinə hansı şərtlərlə razıdır və ATƏT üzvü olan hansı ölkələrin əsgərlərinin gəlməsi bizə uyğundur?

Bu və digər sualların cavabını "Canlı debat" verilişində Ağ Partiyanın sədri Tural Abbaslı cavablandırır.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilərlər.

Bunun üçün Musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz. 

Youtubedəki səhifəmizin ünvanı:


https://www.youtube.com/user/TVmusavat


Facebookdakı səhifəmizin ünvanı:


https://www.facebook.com/NewMusavat/

1291

DİGƏR XƏBƏRLƏR