Ermənilərin Baharlıya atdığı mərmi yanğına səbəb oldu - Fotolar

Ermənilərin Baharlıya atdığı mərmi yanğına səbəb oldu

Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir.

“Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, düşmən tərəfindən atılan mərmi Ağdamın Baharlı qəsəbəsində daha bir evin dağılmasına və tövlənin yanmasına səbəb olub.

Qeyd edək ki, bu gün ermənilər sözügedən qəsəbədə iki mülki vətəndaşımızı - 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlunu yaralayıb. 

Emin Səfərov

 

393

DİGƏR XƏBƏRLƏR