AĞ Partiyanın təmsilçisi Kanadanın İctimai Təhlükəsizlik naziri Bill Bleyr ilə görüşüb


AĞ Partiyanın başqanın beynəlxalq əlaqələr üzrə müşaviri Fariz Kərimov Kanadanın İctimai Təhlükəsizlik naziri Bill Bleyr ilə onlayn görüş keçirib. Bu barədə “Agxeber.com”a Fariz Kərimov özü məlumat verib. “Bu günlərdə Kanadanın hakim Liberal Partiyasının  Alberta vilayətinden olan deputatı erməniləri dəstəkləyən bəyanatla çıxış etmiş, Azərbaycanı işğalçı adlandırmış, eyni zamanda Azərbaycan torpaqlarında yaradılmış qondarma republikanı dəstəkləyən ifadələr işlətmişdi. Mən də bu məsələyə etiraz olaraq Bill Bleyrin Torontoda yerləşən ofisinə zəng etdim. Albertadan olan deputatın söylədiklərinin həqiqəti əks etdirmədiyini və onun söylədiklərinin əksini sübut edəcək faktları təqdim etmək istədiyimi söylədim. Qeyd edim ki, Bill Bleyr Kanadanın İctimai Təhlükəsizlik naziri olmaqla bərabər eyni zamanda mənim yaşadığım Toronto şəhərinin parlamentdəki seçilmiş təmsilçisidir. Onlar da öz növbəsində məni ofislərinə dəvət edərək , görüşmək istədiklərini söylədilər.  Daha sonra nazirin köməkçisi mənə zəng edərək nazirin hazırda paytaxt Ottavada olduğunu, indiki məqamda görüşü onlayn şəklində həyata keçirməyi xahiş etdi. Mən razılaşdım. Beləliklə, biz Bill Bleyr və onun köməkçisi Cessika Bozzo ilə birlikdə videokonferans şəkilində danışdıq. Mən onların diqqətinə hazırda döyüşlərin qondara respublika ərazisində deyil, məhz beynəlxalq səviyyədə tanınan Azərbaycan torpaqlarında getdiyini, ermənilərin iddialarının heç bir hüquqi əsası olmadığını, BMT-nin qətnamələrini və Azərbaycanın öz torpaqlarında anti-terror əməliyyatları ilə bağlı fəaliyyət göstərdiyini çatdırdım. Əlavə olaraq xahiş etdim ki, Alberta vilayətidən olan xanım deputatın çıxışı partiya daxilində eləcə də parlamentdə yenidən müzakirə edilsin. Və bu barədə bizə məlumat verilsin.  Oktayabr ayının ortalarında Bill Bleyr Ottavadan Torontodakı ofisinə qayıtdıqdan sonra biz,  bu məsələləri yenidən üzbəüz görüşərək, müzakirə edəcəyimizi də qərarlaşdırdıq " deyə Fariz Kərimov bildirib.
1064

DİGƏR XƏBƏRLƏR