KAMAL İLHAMOĞLU

Qürursuzların yürüyüşü

Qürursuzların yürüyüşü

KAMAL İLHAMOĞLU
Bizim “Atalar sözü” dediyimiz ifadələrin müəllifləri bəzən zamanında söylədikləri sözlərlə bir çox mətləblərin izahını elə veriblər ki, zaman və dövr dəyişsə də başqa sözə hacət qalmır. Nə zaman deyildiyi, yazıya köçürüldüyü dəqiq bilinməsə də aktuallığını qorumağa davam edir. Bu yazının mövzusu olan atalar sözünü mən yazım, niyə yazdığımı yazını oxuyanlar lap tez anlayacaqlar. “Kasıb itinin adını gümüş qoyar”.
Hər il dünyanın müxtəlif yerlərində cinsi azlığın nümayəndələri iyun ayında “Qürur yürüyüşü”, “Gey parad” və s. bunun kimi bir neçə adla yürüyüşlər təşkil edirlər, ya da etməyə cəhdlər edirlər. Bu yürüyüşləri cəmiyyətin bir parçası olduqlarını, var olduqlarını göstərmək üçün etdiklərini iddia edirlər. Olmaz olsun belə cəmiyyət və onun parçaları.
Tarixi, necə ortaya çıxması, “Stonewall” hadisələri haqqında ətraflı yazmağa ehtiyac görmürəm. Önəmli olan bu “virus”lardan cəmiyyətimizi necə qorumaq lazım olduğudur. Bir neçə gün öncə məşhur psixatırlardan birinin müsahibəsini oxumuşdum. Müsahibədə maraqlı bir məqam var idi. Eyni ilə belə deyirdi: “Özünü gey, lezbiyan, deist, ateist zənn edən yetkinləşməmişlərin, şəxsiyyəti formalaşmamışların əlindən əsl işlərimizlə məşğul olmağa vaxt tapa bilmirik”. Müsahib bu ifadəsi ilə iki məqamın altından xətt çəkirdi. Həm əslində belə olmayıb, özlərini bu viruslardan zənn edənlərin bir xeyli olmasından, saylarının artmasından və həm də LGBT+ adlı təşkilatların çətirləri altında birləşənlərin gəncləri necə kütləvi halda təsir dairələrinə salmalarından bəhs edirdi. Ölkəmizdə də sağ olmasınlar bu üzdən iraqları efirlərə çıxararaq, aşağı-yuxarı bütün evlərə “qonaq” edən televiziyalarımızın, ümumilikdə, mətbuatımızın da xidmətləri az deyil. Sosial şəbəkələrdən isə heç danışmıram. Bu işlərdə bütün dünyanı müharibəyə, xaosa çevirən qərbin müstəsna xidmətləri var. Qərb cinsiyyətsiz dünya arzusundadır. Onların gözündə kişi və qadın olmaq xətadır. Bəlli bir cinsiyyətinin olmağı pis, cinsiyyətsiz olmaq isə üstünlükdür. Müharibələrlə yetər saya nail ola bilmədikləri insanlığa bir də cinsiyyətsizliklə hibrid savaş açırlar. Eyni strategiyanı vətən anlayışı üzərindən də edirlər. Həm cinsiyyətsizlik, həm də vətənsizlik!
Əxlaq anlayışları yoxdur. Əxlaq sözünün etimologiyasından xəbərsizlərdən əxlaq gözləmək boşuna olar. Bunlar cinsəl sapqınlıqlarını düz gözümüzün önündə həyata keçirmək istəyirlər. Hər bir fərdi özləri kimi zəhərləmək istəyirlər. Bu bədbəxtlərə gözünün üstündə qaşın var deyəndə də qiyaməti qoparırlar. Normalın xaricinə çıxanlar, hətta bir az da irəli gedərək öz varlıqlarını qanunvericiliklə tənzimləmək istəyirlər. Nə gözəl dünya. İstəmədikləri şey də yoxdur. Mitinq yürüşlərində qaldırdıqları şüarlara, plakatlara baxsaq görərik ki, cəmiyyətin deqradasiyasına hesablanıb. Bizim uşaqları bizdən qopardıb, özlərinə oxşatmaq istəyirlər. Yenidən yuxarıda qeyd etdiyimiz atalar sözünə qayıdacaq olsaq, kasıb itinə gümüş adı qoymaqla varlı olmadığı kimi, qürursuzlar da yürüyüşünə qürur yürüyüşü deməklə qürurlu olmurlar.
Sevindirici haldır ki, cəmiyyətimiz bu mövzuda ayıq-sayıqdır. Bu həddini aşmışların geniş yayılmasını xoş qarşılamır. Aparılan sorğularda etirazlarını qəti şəkildə bildirirlər. Əslində cəmiyyətin bu rekasiyası həddini aşmışlara kifayət qədər yerində verilən cavabdır. Bu şəxsiyyətsizlər demokratiya, azadlıq demirlər? Ölkəmizdə demokratik seçim keçirək. Ölkə əhalisinin 2 faizi onları dəstəkləsə, davam etsinlər. Əlbəttə, bu ölkədə heç bir faiz də onları dəstəkləməz. Əksini necə düşünmək olar axı. Qəhrəmanlar yetişdirmiş analar, atalar oğlunun, qızının bu başı pozuqlarla eyni sırada durmağına necə razı ola bilər?! Lakin nəzəri olaraq arzulamadıqlarını praktiki olaraq dəstəkləməmək üçün daha həssas davranmalıdırlar. Övladlarının lap balaca yaşlarından izlədiklərinə, oxuduqlarına diqqət etməlidirlər. Uşaqların nə geyindikləri, cinsiyyətsizləşdirmə layihəsinin memarlarının uşaqlarımıza nə geyindindirmək, necə geyindirmək istədiklərinə də diqqət etməliyik. Ailə məfhumunun nə qədər önəmli və dəyərli anlayış olduğunu hər daim xatırlatmalıdırlar. Əks halda şiddətli propaqandaya məruz qalan gənc nəsillər bu təbliğatlardan ani xətalara düşə bilərlər. Bu gün az olanlara, azlıqda qalmaqları üçün cəmiyyət olaraq əl-ələ verməliyik. Bu gün biz birləşməsək, bizi dəyərlərimizdən qoparmaq üçün bir xeyli plan proqramları var. Allah qorusun bu millətin uşaqlarını!

MÜƏLLİFİN DİGƏR YAZILARI