UEFA prezidenti: "Oyunları azarkeşsiz keçirmək daha yaxşıdır.


“Oyunları azarkeşsiz keçirmək və TV-də yayımlamaq daha yaxşıdır. Bu, insanların ehtiyac duyduğu və istədiyi şeydir, futbol evlərinə müsbət enerji gətirir”.

“Report”un məlumatına görə bu fikirləri UEFA-nın prezidenti Aleksander Çeferin ZDF telekanalına açıqlamasında bildirib.

Sloveniyalı funksioner deyib ki, koronavirus pandemiyasına görə dünyada və xüsusən Avropadakı vəziyyəti izləyirlər: “Avrokuboklar iyul və ya avqust aylarında ola bilər. Sentyabr və ya oktyabrda oynaya bilmərik”.

Çeferin mövsümün ləğv olunması barədə suala belə cavab verib: “Səlahiyyətli qurumlar bizə oynamaq üçün icazə vermirsə, oynaya bilmərik”.

Qeyd edək ki, Belarus çempionatı istisna olmaqla, UEFA bayrağı altında keçirilən bütün yarışlar koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Matçların yaydan tez bərpa olunmayacağı gözlənilir.

1293

DİGƏR XƏBƏRLƏR