Kikboksçularımız İslamiadada fərqləndilər - Yenilənib

 

Kikboksçularımız İslamiadada fərqləndilər
Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında fərqləniblər.

Agxeber”  xəbər verir ki, dünya çempionu Anar Məmmədov (low kick, 57 kq) finalda Türkiyə idmançısı Hatip Emlekə qalib gəlməklə İslamiadanın qalibi olub.

Digər dünya çempionu Ramal Aslanov (low kick, 75 kq) finalda Türkiyə kikboksçusu Ünal Alkayışa uduzub.

Saqi Salehli (full contact, 75 kq) isə finalda Mahmud Xayotova (Özbəkistan) uduzaraq gümüş medalla kifayətlənib.

***

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışları başa çatıb.

Elvin Ağayev (full contact, 86 kq) finalda türk idmançısı Əmrah Yaşara uduzaraq gümüş medalla kifayətlənib.

Beləliklə, 24 idmançı ilə qatılan Azərbaycan kikboksçuları İslamiadanı 15 medalla başa vurublar. Bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si isə bürünc medaldır.

3574

DİGƏR XƏBƏRLƏR